İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Noyabr, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir”

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında söylədiyi kimi Azərbaycan qaz təchizatının coğrafiyasını bundan sonra da genişləndirəcək və bir sıra ölkələrlə danışıqlar mərhələsindədir.

Bu ilki Bakı Enerji Həftəsi Azərbaycanın dünyaya təqdim olunması baxımından mühim bir platformadır. Artıq bu bir ənənəyə çevrilib. Bu ilki Bakı Enerji Həftəsi çox önəmli bir tarixə təsadüf edir. Azərbaycanda bu məsələlər ən çox müzakirə olunan məsələlərdi.

Bu gün Azərbaycan COP29-a hazırlaşır. Bu kifayət qədər Qlobal forumdur. Çoxlu sayda qonaqların buraya gəlməsi və müzakirələrin aparılması nəzərdə tutulur. Eyni zamanda biz nəzərə almalıyıq ki, bu gün Azərbaycan sürətli formada yaşıl enerjiyə keçid istiqamətində cənab prezidentin rəhbərliyi ilə çox ciddi addımlar atır. Biz bir neçə ildir bu istiqamətdə bir çox layihələrin keçirildiyinin şahidi oluruq. Bu layihələrin nəticələrini növbəti illərdə açıq-aydın görəcəyik. Bu gün külək enerjisindən, eyni zamanda günəş enerjisindən istifadə və bu modellərin işğaldan azad olunmuş ərazilərdə tətbiqi istiqamətində addımlar atılır. Biz söyləyə bilərik ki, bu bir neçə gündə bütün dünyanın ürəyi Bakı ilə döyünəcək.

Açılış mərasimində prezident bir neçə mühim mesajlar verdi: Azərbaycanın strategiyası, gələcəyə baxışı, bərpa olunan enerji ilə bağlı görülən işlər və digər istiqamətlərdə mühim mesajlar oldu.

Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bu həftə çərçivəsində  bir çox dünyanı düşündürən mühim və qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycanda həm bir ilin elan olunması, həm də COP29-un keçirilməsi də  bu tədbirin önəmini daha da artırır. Eyni zamanda bu həftə bizim COP29-a doğru  addımlarımız fonunda buna bir hazırlıq mahiyyəti daşıyır.

Dünyada belə bir fikir formalaşıb ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir. Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və əsrin müqaviləsinə də şahidlik edib. O zaman da dünyanın özündə belə əksər dövlətlər düşünmürdülər ki, vaxt gələcək elə onlar üçün də enerji təhlüksizliyi milli təhlüksizliyə çevriləcək.

1994-cü ildə Ulu Öndər Heydər Əliyev bu dövrü, bu günləri görərək o müqavilələri imzaladı və həmin dövrdən etibarən Azərbaycan gücləndi, iqtisadiyyatı formalaşdı, neftimiz, qazımız eyni zamanda iqtisadiyyatımızın güclənməsinə milli təhlükəsizliyimizə öz töhvəsini verdi.

Əslində bu gün enerji thlükəsizliyi dünya ölkələrinin ümumi inkişafında çox mühim və ciddi bir rol oynayır. Ukrayna Rusiya müharibəsi dövründə bir sıra qərb ölkələri cox ciddi çətinliklər yaşadı. Yəni, onlar bir tərəfdən Rusiyanın qazından, neftindən imtina etməyə çalışarkən özləri enerji təhlükəsizliyi ilə bağlı çox ciddi çətinliklər çəkdi.

Bu dövrdə biz nəzərə almalıyıq ki, Azərbaycan həm Ulu Öndərin vaxtında Bakı-Tibilisi Ceyhan, sonrakı dövrdə Avropaya gedən neft kəmərləri, qaz kəmərləri, bunların hamısı o dövrdən planlaşdırıldı və bu gün biz bu hadisələrin fonunda Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayan ölkələrdən birinə çevrilə bildik.

Bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. 8 ölkəyə Azərbaycan öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. 8 ölkədən 6-sı Avropa ölkəsidir. Bu gün Azərbaycan eyni zamanda alternativ enerji istiqamətində mühüm addımlar atır. Yaşıl enerji ilə bağlı keçirilən ciddi layihələr var. Azərbaycan günəş və külək enerjisinin əldə olunması istiqamətində mühüm işlər görür, layihələr həyata keçirir. Bu mənada bu forumun çox böyük əhəmiyyəti və faydası var.

Bu forum Azerbaycan həqiqətlərinin təbliği və Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması, Azərbaycanın uğurlarının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq dünyanın nəbzinin tutulduğu, dünyanı düşündürən, narahat edən bir çox vacib mövzuların müzakirə olunduğu bir məkana çevrilib. Bu da Azərbaycanın nüfuzunun artmasına, Azərbaycanın və ona olan etimadın, inamın artmasına öz ciddi və müsbət təsirini göstərir.

Azərbaycan inkişaf edir, öz imkanlarına görə çox böyük uğurlu layihələr həyata keçirir, Azərbaycanın həyata keçirdiyi siyasət də dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir. Ən önəmlisi isə hər il bu foruma və bu tədbirə marağın artmasıdır və daha çox şəxsin, ölkənin forumda iştirak etmək üçün addımlar atmasıdır. Hesab edirəm ki, bu, olduqca önəmli, vacib məsələdir. Azərbaycanın həm də nüfuzunun, gücünün, imkanlarının artmasına təkan verən və bunu göstərən ən önəmli məsələlərdən biridir

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sənaye sektoru sahəsində körpü

Növbəti xəbər

Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

2 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

6 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

11 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

11 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var

Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

15 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Qarabağ Zəfərinin zirvəsi

15 saat əvvəl
Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir
Gündəm

Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir

19 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.