İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində ölkəmiz Avropa İttifaqı üçün etibarlı tərəfdaş, regional sabitliyin əsas təminatçılarından biri və Avrasiya məkanında mühüm geosiyasi aktor kimi mövqeyini daha da möhkəmləndirib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri də tərəflər arasında formalaşmış strateji dialoqun ardıcıl inkişaf etdiyini və əməkdaşlığın artıq yeni məzmun kəsb etdiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, cari il ərzində Avropa İttifaqının rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri – əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, daha sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca isə Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfərləri münasibətlərin dinamik inkişafının və qarşılıqlı siyasi etimadın göstəricisidir.

Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında da vurğulandığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər tarixinin ən fəal mərhələlərindən birini yaşayır: “Bu gün əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Siyasi dialoq, ticarət, nəqliyyat-logistika, rəqəmsal transformasiya, yaşıl enerji, regional təhlükəsizlik və postmünaqişə dövründə əməkdaşlıq artıq tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Bu isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sistemli və uzunmüddətli xarakter aldığını göstərir”.

Avropa İttifaqının uzun illərdir Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu söyləyən komitə sədri deyib ki, ölkəmizin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv ölkələrin payına düşməsi, Cənubi Qafqaz üzrə Aİ ilə ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin Avropa iqtisadi məkanındakı mövqeyini aydın şəkildə nümayiş etdirir. Bu göstəricilər Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də etibarlı iqtisadi tərəfdaş kimi artan rolunun təzahürüdür.

Enerji sektoru üzrə əməkdaşlıqdan bəhs edən Şahin İsmayılov bildirib ki, 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu qısa müddət ərzində konkret nəticələr verib: “Bu gün Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunur, son dörd il ərzində Avropaya qaz ixracı təxminən 65 faiz artıb. Bu faktlar bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır”.

“Təbii ki, əməkdaşlığın yeni istiqamətlərindən biri yaşıl enerji sahəsidir. Azərbaycanın zəngin günəş və külək enerjisi potensialı, bu sahədə artıq imzalanmış müqavilələr nəticəsində yaxın illərdə 8 giqavat həcmində bərpaolunan enerji istehsalının planlaşdırılması Avropa İttifaqı ilə enerji tərəfdaşlığını yeni mərhələyə qədəm qoyması üçün geniş perspektivlər açır. Bu, Azərbaycanın enerji strategiyasının yalnız karbohidrogen resurslarına deyil, yaşıl keçid hədəflərinə də əsaslandığını göstərir”, – deyə Şahin İsmayılov deyib.

Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasında nəqliyyat-logistika sahəsinin rolundan bəhs edən Şahin İsmayılov qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi Azərbaycanın Avrasiya məkanında mühüm tranzit qovşağına çevrilməsini təmin edib. Xüsusilə yeni geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr ölkəmizin strateji mövqelərini daha da gücləndirib.

“Bu gün Azərbaycan regionda yeni əməkdaşlıq modelini formalaşdıran əsas təşəbbüskar dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik sahələrində Avropa İttifaqının əsas tərəfdaşlarından birinə çevrilib. Avropa İttifaqı rəhbərlərinin ölkəmizə ardıcıl səfərləri, müzakirə olunan məsələlər Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının zəngin gündəliyə əsaslandığını və tərəfdaşlığın qarşıdakı dövrdə daha da genişlənəcəyini deməyə əsas verir”, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

Növbəti xəbər

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

2 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

2 ay əvvəl
Növbəti xəbər
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

1 həftə əvvəl
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

1 həftə əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

26 AVQUST – LAÇINLILAR ÜÇÜN UNUDULMAZ GÜNDÜR.

2 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.