İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İyunun 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası parlament nümayəndə heyəti Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, Əlcəzair parlamentinin üzvü Boudjerra Soltaninin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycan–Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılovla görüşüb.

Görüşdə Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Söhbət zamanı qeyd olunub ki, Azərbaycan ilə Əlcəzair arasında siyasi və diplomatik münasibətlər uğurla inkişaf edir. Xarici siyasət sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətinin yüksək qiymətləndirildiyi vurğulanıb.

Parlament diplomatiyasının ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafındakı rolu diqqətə çatdırılıb. Şahin İsmayılov Azərbaycan tərəfinin Əlcəzairlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib, xalqlarımızı və dövlətlərimizi birləşdirən ortaq dəyərlərin mövcudluğunu qeyd edib.

Tərəflər parlamentlərarası əməkdaşlığın, mədəni-humanitar əlaqələrin, gənclər və tələbə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycan vətəndaşları üçün Əlcəzairə səfərlərlə bağlı viza prosedurlarının sadələşdirilməsi məsələsinə toxunulub. Bildirilib ki, qarşılıqlı səfərlərin asanlaşdırılması iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verə bilər.

Boudjerra Soltani Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiklərini qeyd edib. O, Əlcəzairin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladaraq, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğulayıb.

Ölkəsinin Azərbaycanla siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Boudjerra Soltani Azərbaycanda beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilini ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirib.

Görüşdə tələbə mübadiləsi proqramlarının genişləndirilməsinin vacibliyi və tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin növbəti təzahürüdür.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

Növbəti xəbər

Qərəzli və ədalətsiz yanaşmanın növbəti təzahuri

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

3 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

4 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

4 həftə əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Qərəzli və ədalətsiz yanaşmanın növbəti təzahuri

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.