İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyul, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

1 saat əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı, qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi müasir dövrdə dövlətlərin milli maraqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişafı məhz qətiyyətli idarəçilikdən asılıdır. Tarixi təcrübə göstərir ki, prinsipial mövqeyi, strateji baxışı və milli maraqlara söykənən siyasəti ilə seçilən liderlər öz ölkələrini mürəkkəb sınaqlardan çıxarmağa, onların beynəlxalq mövqeyini möhkəmləndirməyə nail olurlar.

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu da bunun bariz nümunəsidir. Son ictimai rəy sorğularında Prezident İlham Əliyevə yüksək etimadın ifadə olunması həyata keçirilən siyasətin cəmiyyətdə geniş dəstək qazandığını göstərir. Bu etimad uzun illər ərzində həyata keçirilən ardıcıl islahatların, əldə olunan uğurların və ölkənin dinamik inkişafının məntiqi nəticəsidir.

Etimadın əsas səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasətdir. Dövlət başçısı fəaliyyətində hər zaman Azərbaycan xalqının mənafeyini əsas prioritet kimi müəyyənləşdirib, milli maraqların beynəlxalq münasibətlər sistemində ardıcıl və prinsipial şəkildə müdafiəsini təmin edib. Mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Azərbaycanın uğurlu xarici siyasət kursu ölkənin müstəqilliyini, siyasi sabitliyini və strateji mövqeyini daha da gücləndirib.

Liderliyin gücü yalnız qəbul edilən qərarlarla deyil, həm də xalqla dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə ölçülür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, onun ən böyük dayağı Azərbaycan xalqıdır. Xalqın iradəsinə söykənən idarəçilik modeli, vətəndaşlarla açıq dialoq və milli maraqların əsas götürüldüyü qərarlar cəmiyyətlə dövlət arasında etimadı daha da gücləndirib. Məhz bu birlik qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynayıb.

Müasir dövrdə liderin şəxsi keyfiyyətləri dövlətin beynəlxalq nüfuzuna da birbaşa təsir göstərir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fonder Leyen də ölkəmizə səfəri zamanı regionda sülh təşəbbüslərinin təşviqində Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinin xüsusi rol oynadığını vurğuladı. Cənab Prezidentin qətiyyətli siyasi iradəsi, strateji düşüncəsi və operativ qərarvermə bacarığı Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, etibarlı tərəfdaş və söz sahibi olan dövlətlərdən biri kimi tanınır.

Ölkəmizin sosial-iqtisadi inkişafı da həyata keçirilən siyasətin səmərəliliyini təsdiqləyən əsas göstəricilərdəndir. Güclü iqtisadi potensialın formalaşdırılması, iri infrastruktur layihələrinin reallaşdırılması, enerji və nəqliyyat sahələrində strateji təşəbbüslərin həyata keçirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir ordunun qurulması Azərbaycanın dayanıqlı inkişaf modelini daha da möhkəmləndirib.

Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyinin güclənməsi də müstəqil və milli maraqlara əsaslanan siyasətin mühüm nəticəsidir. Beynəlxalq təşkilatlarda fəal iştirak, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və qlobal proseslərdə fəal mövqe ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu tarixi nailiyyət güclü siyasi iradənin, iqtisadi qüdrətin, müasir ordunun və xalq–lider birliyinin vəhdətinin nəticəsi kimi ölkənin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.

Qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi, müxtəlif bölgələrdə münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Ölkədə mövcud olan sabit ictimai-siyasi mühit iqtisadi inkişafın davamlılığını, sosial rifahın yüksəlməsini və beynəlxalq əməkdaşlığın genişlənməsini təmin edən əsas amillərdəndir.

Eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq nüfuzunun artmasından narahat olanlar da az deyil. Son illərdə müxtəlif platformalarda özlərini “müstəqil bloger”, “media fəalı” və ya “siyai şərhçi” kimi təqdim edən bəzi antimilli ünsürlərin ölkəmiz haqqında qərəzli məlumatlar yayması, Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə yönəlmiş kampaniyalarda xüsusi canfəşanlığı təəssüf doğurur. Tənqidi fikir və ifadə azadlığı demokratik cəmiyyətin mühüm prinsiplərindən olsa da, qəsdən dezinformasiyanın yayılması, faktların təhrif edilməsi, təhqir və qarayaxma kampaniyalarının aparılması milli maraqlarla ziddiyyət təşkil edir.

Azərbaycanın son illərdə əldə etdiyi real nəticələr, beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığı, iqtisadi göstəriciləri və həyata keçirdiyi qlobal layihələr göstərir ki, qərəzli informasiya kampaniyaları sözsüz ki, ölkənin inkişafına təsir göstərə bilmir. Əksinə, ölkəmizin artan beynəlxalq nüfuzu, yeni tərəfdaşlıqların qurulması və həyata keçirilən strateji layihələr bu cür cəhdlərin nəticəsiz qaldığını nümayiş etdirir.

Müasir beynəlxalq münasibətlər sistemi bir daha sübut edir ki, güclü lider milli maraqları qoruya, cəmiyyətdə həmrəylik yarada, dövlətin strateji inkişaf kursunu müəyyənləşdirə və ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bilir. Azərbaycanın son illərdə qazandığı uğurlar da həyata keçirilən məqsədyönlü siyasətin və dövlət–xalq birliyinin nəticəsidir.

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

Növbəti xəbər

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

Əlaqədar Xəbərlər

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

5 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

5 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

5 gün əvvəl
Növbəti xəbər
Deputatın növbəti vətəndaş qəbulu baş tutub

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

1 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

1 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.