İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay sadəcə elm adamlarının toplantısı deyildi. O, parçalanmış türk coğrafiyasının ortaq kimliyini, ortaq dilini, ortaq gələcəyini müəyyənləşdirən tarixi manifest idi. Yüz il sonra həmin ideyaların yenidən Bakıda gündəmə gətirilməsi isə təsadüfi deyil. Bu gün Azərbaycan paytaxtı türk dünyasının yalnız coğrafi deyil, həm də siyasi, mədəni və geostrateji mərkəzi kimi çıxış edir.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” bir daha göstərdi ki, yüz il əvvəl İsmailiyyə Sarayında səslənən ideyalar artıq tarixin tozlu səhifələrində qalmayıb. Əksinə, həmin ideyalar XXI əsrdə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin ideoloji əsasına çevrilərək yeni mərhələyə qədəm qoyur”.

Bunu Avrasiya.net-ə açıqlamasında deputat Şahin İsamyılov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə keçirilməsi xüsusi rəmzi məna daşıyır. “Bu, Azərbaycanın son illərdə türk dövlətlərinin inteqrasiyasında oynadığı aparıcı rolun beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqidir.

Dövlət başçısı xatırlatdı ki, yüz il əvvəl İsmailiyyə Sarayında keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq mənəvi dəyərlərinin- dilin, tarixin, ədəbiyyatın, etnoqrafiyanın və mədəniyyətin qorunması istiqamətində fundamental qərarlar qəbul etmişdi. Xüsusilə vahid ümumtürk əlifbası ideyası həmin dövr üçün necə strateji əhəmiyyət daşıyırdısa, bu gün də türk dünyasının inteqrasiyasında eyni aktuallığını qoruyur.
Əlbəttə, həmin tarixi prosesin qarşısı sovet totalitarizmi tərəfindən amansız repressiyalarla alındı. Qurultayın iştirakçılarının böyük hissəsi məhz türk xalqlarının birliyi uğrunda apardıqları mübarizəyə görə məhv edildi. Ancaq ideyaları öldürmək mümkün olmadı.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Birinci Türkoloji Qurultayın qəbul etdiyi taleyüklü qərarlar kommunist rejiminin süqutundan sonra müstəqillik qazanan türk xalqlarının mədəni dirçəlişinin əsas platformasına çevrildi. Bu gün Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan yaratmaq istiqamətində həyata keçirdiyi bütün layihələrin təməlində məhz həmin ideyalar dayanır”.

Deputat qeyd edib ki, Bakı artıq ideyaların deyil, qərarların mərkəzidir: “Əgər 1926-cı ildə Bakı türk dünyasının ziyalılarını bir araya gətirirdisə, bu gün Azərbaycan paytaxtı dövlət başçılarını, hökumətləri, parlamentləri, akademik dairələri və strateji qərar qəbul edən mərkəzləri birləşdirir. Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatının institusional güclənməsində, iqtisadi inteqrasiyanın genişlənməsində, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində, enerji təhlükəsizliyinin təmin olunmasında və humanitar əməkdaşlığın dərinləşdirilməsində aparıcı təşəbbüskar kimi çıxış edir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Prezident İlham Əliyevin irəli sürdüyü Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi təşəbbüsünün bu gün reallığa çevrilməsi də Azərbaycanın strateji baxışının nəticəsidir. Artıq Bakı yalnız regional paytaxt deyil, həm də türk dünyasının siyasi koordinasiya mərkəzi, geoiqtisadi qovşağı və ideoloji platformasıdır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

Növbəti xəbər

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

Əlaqədar Xəbərlər

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

3 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

11 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

14 saat əvvəl
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
Siyasət

“Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır”

1 gün əvvəl
Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu
Siyasət

Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

1 həftə əvvəl
Növbəti xəbər
İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

3 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

11 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

14 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

14 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.