İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsi

7 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin məqsədyönlü siyasəti və xüsusi sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də, xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Bu mənada, Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Bütün bunlara görə, Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən, görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz, Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini tamamilə həll etmişdir. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün bütövlüyünə nail olmuşdur. Bildiyimiz kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi- iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat-logistika qovşaqlarının formalaşdırılmasına, həmçinin, iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır. Qarabağa yenidən və əbədi dönüşlə üzvi surətdə əlaqədar olan, eyni zamanda üç dövlətin: Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması, regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, “Böyük Qayıdış”ın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu təsəvvür edə bilərik. Buna görə də, “Böyük Qayıdış” öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də, beynəlxalq hadisədir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmiş bərpa-quruculuq işləri, mövcud vəziyyət, qarşıya qoyulmuş hədəflər, prioritet istiqamətlər, əhalinin öz doğma torpaqlarına qayıtması məsələləri, ehtimal edilən risklərin idarə olunması və ümumilikdə həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Qarşıya qoyulan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və davamlı inkişafının mühüm strateji istiqamətlərindən biri də, ərazinin minalardan, partlamamış hərbi sursatlardan, partlayıcı qurğulardan, digər partlayıcı qalıqlardan təmizlənməsidir. Bu, əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı torpaqların, eləcə də, strateji əhəmiyyətli tikililərin, binaların təhlükəsizliyinin təmin edilməsi üçün olduqca vacibdir. Dayanıqlı inkişaf və əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisinə başlanılıb, qısa müddətdə nəqliyyat infrastrukturu formalaşıb. Hazırda, işğaldan azad edilmiş ərazilərdə əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması məqsədi ilə elektrik, su, qaz, istilik təchizatı, kanalizasiya sisteminin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu–mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və digər xidmətlər təşkil edilib. Hazırda xidmətlərin miqyasının genişləndirilməsi istiqamətində intensiv iş aparılır. Şəhərsalma fəaliyyətləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şəraitin təsiri altında dünyada dəyişən qlobal şəhərsalma meylləri nəzərə alınmalıdır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və abadlaşdırılması üzrə bütün işlər qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir. Dövlət Proqramı çərçivəsində əhalinin məşğulluğunun artırılması məqsədilə bölgədə keyfiyyətli səhiyyə, təhsil xidmətlərinin təşkili, mədəniyyət, idman obyektlərinin bərpası, yenidən qurulması, aktiv özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin tikintisi nəzərdə tutulur. Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluğa yönəlmiş iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin miqyasının genişləndirilməsi əsas əsas vəzifələrdəndir. Əhalinin geri qaytarılması prosesi demoqrafik meyllər nəzərə alınmaqla, sosial ədalət prinsipinə uyğun həyata keçirilməlidir. Məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazanın yaradılması məqsədilə Dövlət Proqramında müvafiq normativ hüquqi aktların qəbulu, habelə, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəlişin təmin edilməsinin əsas hədəf göstəricisi münaqişədən sonrakı dövrdə ərazilərin iqtisadi cəhətdən özünü təmin edən regiona çevrilməsidir. Artıq, Qarabağın dirçəldilməsinə, yenidənqurma işlərinə başlanılıb. Ölkə başçısının şəxsən iştirakı ilə işğaldan azad olunan ərazilərimizdə yeni obyektlərin, yolların və başqa mühüm infrastruktur layihələrinin təməli qoyulur. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti mərhələli şəkildə bərpa ediləcək. Bu gün, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Azad olunmuş torpaqların təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb edilib. Qarabağın əsl cənnət məkanına çevrilməsi, onun yenidən doğulması, yenidən canlanması, dirçəlməsi və bunların fonunda “Böyük Qayıdış” dövlətimiz üçün əsas prioritet məsələdir. Bu, sadəcə hüquq yox, həm də, milli qürur və fəxarət hadisəsidir. “Böyük Qayıdış”la bağlı məskunlaşma Azərbaycan dövlətinin siyasətidir. Bu siyasətin əsas prinsipləri artıq elan olunub. Bu istiqamətdə qarşımızda strateji vəzifələr dayanır. Həmin vəzifələr sırasında məcburi köçkünlərin Qarabağa qayıdışı da yer alıb. Vətən müharibəsində tarixi qələbəyə imza atdıqdan sonra yeni reallıq yaratmışıq. Yeni dövrün əsas hissəsindən biri qürurlu qayıdışı həyata keçirməkdir. Bu proses ədalətli şəkildə həyata keçirilməlidir. Düşünürəm ki, fərqli idarəetmə altında, fərqli yanaşma nəticəsində Qarabağa uğurla qayıdışın həyata keçirilməsinin şahidi olacağıq. Şübhəsiz ki, hər bir azərbaycanlı da bu prosesdə yaxından iştirak etməlidir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Niyaməddin Əsgərov: Bu, yaradılması iki xalq arasında dostluğun rəmzidir

Növbəti xəbər

Faşizm üzərində Qələbəyə Azərbaycanın verdiyi töhfə

Əlaqədar Xəbərlər

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

3 gün əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

5 gün əvvəl
Daha inamlı gələcəyə doğru
Gündəm

Daha inamlı gələcəyə doğru

5 gün əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Faşizm üzərində Qələbəyə Azərbaycanın verdiyi töhfə

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.