İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

1 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanla Kamboca arasında siyasi dialoqun dərinləşdirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin və respublikamızda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin mətbuata bəyanatlarında, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin mübadiləsində həmin istiqamətlər xüsusi diqqət çəkir. Görüşlərdə siyasi dialoqun gücləndirilməsi ilə yanaşı, ticarət, investisiya, sənaye, nəqliyyat, rəqəmsal transformasiya və turizm sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunması da münasibətlərin daha praktik məzmun qazanmasına yönələn addımdır.

Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan – Kamboca münasibətlərinin gələcək inkişafı üçün siyasi iradə mövcuddur. İndi əsas məsələ bu siyasi iradəni konkret iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, yeni ticarət əlaqələrinə və biznes tərəfdaşlığına çevirməkdir.  iki ölkə arasında mövcud olan ticarət dövriyyəsinin göstəriciləri hələlik arzulanan səviyyədə olmasa da, Kambocanın Baş nazirinin Azərbaycana rəsmi səfəri bu dinamikanı müsbət məcrada dəyişmək üçün güclü təkan rolunu oynayır. Aparılan danışıqlar çərçivəsində tərəflər sənayenin müxtəlif istiqamətlərində birgə istehsal müəssisələrinin qurulması, eləcə də turizm və təhsil sahələrində sıx tərəfdaşlığın bərqərar olunması imkanlarını ətraflı nəzərdən keçiriblər. Görüşdə vurğulanıb ki, iki xalq arasında tarixi əlaqələr hələ Sovet İttifaqı dövründə yaranıb. Həmin illərdə yüzlərlə kambocalı tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıb. Bu uğurlu ənənənin yenidən bərpası, qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi və insan kapitalı mübadiləsi xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirəcək. Bununla yanaşı, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal transformasiya sahələri də ikitərəfli gündəliyin prioritet istiqamətləri sırasına daxil edilib. Səfərin diqqətçəkən digər mühüm məqamı Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” modelinə Kamboca tərəfinin göstərdiyi böyük maraqdır. Azərbaycan cəmiyyətində yüz faizə yaxın məmnunluq indeksi qazanmış və öz effektivliyini beynəlxalq müstəvidə sübut etmiş bu dövlət xidmətləri modeli artıq bir sıra tərəfdaş ölkələrdə uğurla tətbiq olunur. Bu qabaqcıl təcrübənin Kambocada da tətbiqi ikitərəfli əməkdaşlığın praktiki və strateji təməllərini daha da gücləndirəcəkdir.

İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası və qanunverici hakimiyyət orqanları arasındakı həmrəylik xüsusi yer tutur. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi ilə yanaşı, Kambocanın dəstəyi sayəsində Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu mühüm addım Cənub-Şərqi Asiya regionunun Azərbaycanın xarici siyasət prioritetlərində tutduğu strateji mövqenin əyani göstəricisidir. Görüşdə hər iki dövlətin qarşılaşdığı ən ciddi problemlərdən biri – mina problemi də geniş müzakirə olunub. Tarixən minalardan ciddi əziyyət çəkən və bu gün də həmin təhlükə ilə üz-üzə qalan ölkələr kimi, Azərbaycan və Kamboca arasında minasızlaşdırma sahəsində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, eləcə də birgə təlimlərin keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Torpaqlarımız işğaldan azad edildikdən sonra ötən dövr ərzində Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox vətəndaşımız həlak olub və ya ağır xəsarət alıb. Danışıqlarda vurğulanıb ki, davamlı sülh və təhlükəsizlik yalnız beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında bərqərar ola bilər. Azərbaycan 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib və hazırda ölkəmizin hər bir qarışı dövlətimizin tam nəzarətindədir. İşğaldan təmizlənmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və “Böyük qayıdış” proqramı çərçivəsində artıq 100 minə yaxın insan doğma yurdlarında məskunlaşaraq fəaliyyət göstərir. Oxşar tarixi çağırışlarla üzləşən Azərbaycan və Kambocanı birləşdirən başlıca amil beynəlxalq hüququn aliliyinə və beynəlxalq təşkilatların qərarlarına olan sarsılmaz sadiqlikdir. Ölkələr arasında uzun məsafə olmasına baxmayaraq, müasir dünyada kommunikasiya bağlantılarının asanlaşdığı mühitdə Cənub-Şərqi Asiyanın hər bir ölkəsi, o cümlədən Kamboca üçün bu boşluğu da aradan qaldırmaq mümkündür.

Azərbaycanın və Kambocanın iqtisadi əlaqələrinin təmin edilməsində dövlət qurumları ilə yanaşı, özəl şirkətlər, biznes icmaları arasında bağlantılar da mühüm əhəmiyyət daşıyır və çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən Biznes forum bu baxımdan iqtisadi və investisiya prioritetlərini daha yaxından əlaqələndirməyə, sıx iqtisadi əməkdaşlığın qurulmasına töhfə verə bilər.

 

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

Növbəti xəbər

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

Əlaqədar Xəbərlər

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

57 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

1 saat əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır
Gündəm

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

2 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

4 saat əvvəl
Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir
Gündəm

Məktəblərdə vahid geyim formasının tətbiqi zəruridir

4 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

22 saat əvvəl
Növbəti xəbər
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

57 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

1 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

1 saat əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır
Gündəm

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

2 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.