İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

1 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, müxtəlif regionlarla siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.

Azərbaycan qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanan müstəqil siyasət yürüdərək ənənəvi tərəfdaşları ilə münasibətlərini inkişaf etdirməklə yanaşı, yeni coğrafiyalarda əməkdaşlıq imkanlarını da genişləndirir. Bu baxımdan, Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdəndir.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Azərbaycan ilə Kamboca arasında münasibətlərin genişləndirilməsi üçün əlverişli siyasi zəmin və qarşılıqlı maraq mövcuddur. Əsas məqsəd isə bu potensialı konkret iqtisadi layihələrə, əməkdaşlıq mexanizmlərinə və uzunmüddətli tərəfdaşlığa çevirməkdir.

“Azərbaycan ilə Kamboca arasında münasibətlərin mühüm xüsusiyyətlərindən biri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış qarşılıqlı etimad və dəstək mühitidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr və fəal əməkdaşlıq var. Təbii ki, çoxtərəfli platformalarda formalaşmış siyasi dialoq ikitərəfli münasibətlərin inkişafı üçün etibarlı əsas yaradır. Müasir beynəlxalq münasibətlərdə siyasi etimadın iqtisadi əməkdaşlığa çevrilməsi xüsusi əhəmiyyət daşıyır və Azərbaycan-Kamboca münasibətlərinin hazırkı mərhələsində məhz bu istiqamətdə mühüm addımlar atılır”, – deyə Şahin İsmayılov vurğulayıb.

Komitə sədri bildirib ki, səfər çərçivəsində müxtəlif sənədlərin, eləcə də ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişinin mübadiləsi, biznes forumun keçirilməsi iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinə, qarşılıqlı investisiya imkanlarının müəyyənləşdirilməsinə və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda, əldə olunan razılaşmalar Azərbaycan ilə Kamboca arasında iqtisadi münasibətlərin daha sistemli və uzunmüddətli əsaslar üzərində inkişafı baxımından olduqca önəmlidir. Dövlətimizin başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri ticarət və investisiya əməkdaşlığının praktik istiqamətləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılmasıdır. Bu mexanizm qarşılıqlı iqtisadi maraqların və perspektivli layihələrin müəyyənləşdirilməsi, eləcə də biznes subyektləri arasında əlaqələndirmənin təmin olunması baxımından əhəmiyyətlidir.

“Əminliklə söyləmək olar ki, qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf edən Azərbaycan-Kamboca əməkdaşlığı hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə mühüm töhfə verəcək”, – deyə Şahin İsmayılov qeyd edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

Növbəti xəbər

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

Əlaqədar Xəbərlər

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

47 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

51 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

55 dəqiqə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

4 saat əvvəl
Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir
Gündəm

Məktəblərdə vahid geyim formasının tətbiqi zəruridir

4 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

22 saat əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

47 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

51 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

55 dəqiqə əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır
Gündəm

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

1 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.