İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Məktəblərdə vahid geyim formasının tətbiqi zəruridir

45 dəqiqə əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına əsasən, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin, Azərbaycan  dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin qorunub saxlanması və inkişaf etdirilməsi dövlətin fundamental milli maraqları sırasındadır.  Bu milli marağın təmin edilməsinin ən mühüm vasitəsi təhsildir.

Milli dəyərlərin formalaşmasına təsir edən amillərdən biri dini etiqad azadlığı, yəni dini inancı sərbəst şəkildə seçmək və ya seçməmək azadlığıdır. Bu azadlıq insanın öz dini etiqadını sərbəst və şüurlu şəkildə, kənar təzyiq və məcburiyyət olmadan seçmək hüququnu nəzərdə tutur. Belə bir seçimin şüurlu şəkildə həyata keçirilməsi üçün şəxsin kifayət qədər yetkin olması və kənar təsirlərdən asılı olmaması mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, orta məktəblər xüsusi diqqət tələb edir. Çünki məktəblərdə təhsil alan uşaqlar hələ yetkinlik yaşına çatmayıblar və onların dünyagörüşü formalaşma mərhələsindədir. Bu yaşda şagirdlər həm bir-birlərinin, həm də müəllimlərinin təsirinə xüsusilə həssas olurlar. Dini simvollar isə yalnız fərdi etiqadın ifadəsi deyil, həm də müəyyən dini dünyagörüşünü nümayiş etdirən simvoldur. Belə simvolların məktəb mühitində istifadəsi həmin dünyagörüşünün ictimai baxımdan zəruri və nümunəvi olduğu barədə təsəvvür yaradır, yetkinlik yaşına çatmamış şagirdlərin seçimlərinə təsir göstərir.

Azərbaycanın halında bu məsələ ilə bağlı əlavə xüsusatlar da vardır. Məlumdur ki, müəyyən xarici dairələr din pərdəsi altında, əslində, öz siyasi maraqlarına xidmət edən, Azərbaycan xalqının milli kimliyini və vətəndaşlarımızın dövlətə loyallığını zəiflətməyə, dövlət müstəqilliyimizi şübhə altına almağa və cəmiyyətimizdə məzhəb nifaqı yaratmağa yönəlmiş sistemli və zərərli təbliğat aparırlar. Orta məktəb mühitində dini simvollardan təsir vasitəsi kimi istifadə olunması belə təbliğat üçün xüsusilə əlverişli şərait yaradır.

Tarixən öz milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə sadiq olan Azərbaycan xalqının qarşılaşdığı təhdidlər yalnız din pərdəsi altında həyata keçirilən təsir cəhdləri ilə məhdudlaşmır. Gənclər arasında zərərli vərdişlərin, milli-mənəvi dəyərlərimizə yad olan davranışların və bayağı ideoloji meyllər də cəmiyyətimiz üçün narahatlıq doğurur.

Buna görə də orta məktəblərdə təhsil mühitinin xüsusiyyətlərinə və cəmiyyətimizin milli-mənəvi dəyərlərinə uyğun, kifayət qədər ədəbl olan vahid geyim formasının tətbiqi alqışlanmalıdır. Bu qaydaların ardıcıl, sistemli və istisnasız tətbiqi məktəbin dünyəvi və neytral təhsil mühiti kimi qorunması və uşaqların kənar  təsirlərdən müdafiəsi baxımından zəruridir.

 

Milli Məclisin deputatı Qaya Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İlin istənilən geyim çeşidləri STAR MALL-da

Növbəti xəbər

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

Əlaqədar Xəbərlər

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

41 dəqiqə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

18 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

20 saat əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Gündəm

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

21 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir

1 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

41 dəqiqə əvvəl
Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir
Gündəm

Məktəblərdə vahid geyim formasının tətbiqi zəruridir

45 dəqiqə əvvəl
İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

17 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

18 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.