İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Oktyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

1 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası üçün də etibarlı və cəlbedici tərəfdaşdır. Kamboca Krallığı ilə əlaqələr də bu xüsusda mümhüm əhəmiyyət kəsb edir. 1994-cü il dekabrın 28-də diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün mühüm zəmin formalaşıb.

Ötən gün Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyev rəsmi görüş zamanı mövcud siyasi münasibətləri yüksək qiymətləndirərək “biz yaxşı dost və tərəfdaşıq”söylədi.

Səfər çərçivəsində ticarət, investisiya, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Ticarət və investisiya sahəsində konkret təkliflərin hazırlanması üçün birgə işçi qrupunun yaradılması barədə razılıq da bu baxımdan əhəmiyyətlidir.

Azərbaycan–Kamboca münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi yer tutur. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında təmasları əlaqələri möhkəmləndirir.

Milli Məclisin sədri Sahibə Qafarovanın 2025-ci il sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Khuon Sudary ilə görüşündə parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə parlamentlər arasında imzalanmış anlaşma memorandumunun, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın rolu qeyd edilib.

Prezident İlham Əliyev də 2026-cı il oktyabrın 12-də parlamentlərarası əlaqələrə toxunaraq bildirdi ki, “parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir”.

Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə Kambocanın göstərdiyi dəstəkdir. Bu fakt Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq parlament diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir.

Bundan əlavə, beynəlxalq təşkilatlarda dialoqun davam etdirilməsi və mina təhlükəsi kimi ortaq problemlərlə bağlı təcrübə mübadiləsi əməkdaşlığın praktik istiqamətlərindəndir.

Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və logistika bağlantılarında oynadığı rol, Kambocanın isə Cənub-Şərqi Asiya regionundakı mövqeyi ikitərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal layihələri və turizm sahəsində əməkdaşlıq münasibətlərin iqtisadi dividendlər yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanlardan istifadə üçün qarşılıqlı məlumat mübadiləsinin və biznes əlaqələrinin genişləndirilməsi vacibdir.

Humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Kamboca arasında təhsil əlaqələrinin tarixi mövcuddur. Kambocalı tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası, universitetlər arasında əməkdaşlıq və gənclərin mübadilə proqramları xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir.

 

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

Əlaqədar Xəbərlər

Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Gündəm

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir

5 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir

5 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“İmkan verin ki, o saf balalar saç daramağın, hörük hörməyin zövqünü yaşasınlar…”

20 saat əvvəl
Gənclərin idmana marağı artır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

22 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir – ŞƏRH

22 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

1 saat əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Gündəm

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir

5 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir

5 saat əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə bağlı növbəti tədbir keçirilib
Xüsusi

Beyləqanda YAP-ın VIII Qurultayı ilə bağlı növbəti tədbir keçirilib

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.