İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafının daha intensiv mərhələsi başlanır

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və Pakistan arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadi, hərbi sahədə əlaqələrin inkişafının daha intensiv mərhələsi başlanır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri əsnasında əldə edilən razılıqlar da qeyd edilənlərin real təzahürüdür. Onun Prezident İlham Əliyevlə görüşlərində, aparılan müzakirələrdə xüsusi diqqət mərkəzində saxlanılan məqam  bundan ibarət oldu ki, ölkələrimiz arasında iqtisadi əlaqələr siyasi səviyyədəki münasibətlərlə   ziddiyyət təşkil edir. Siyasi əlaqələr strateji mütəffiqlik həddində olduğu halda, iqtisadi, ticari münasibətlər barədə eyni fikri söyləmək mümkün deyil. Belə vəziyyət ölkələrin milli maraqlarına, tərəfdaşlıq münasibətlərinə qətiyyən uyğun gəlmir  və vəziyyətin dəyişdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətin həyata keçirilməsinə zərurət yaranır. Aparılan hesablamalar göstərir ki, bu gün Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi cəmi 14 milyon ABŞ dollarına bərabərdir və bu, tərəflərin potensialından dəfələrlə aşağıdır. Müvafiq addımlar atılacağı halda yaxın tezlikdə iki ölkənin ticarət dövriyyəsini 2 milyard ABŞ dollarına çatdırmaq mümkündür. Sonrakı mərhələdə bu göstərici daha yüksək rəqəmlərlə ifadə edilə bilər. Artıq qeyd olunan istiqamətdə müvafiq işlərə start verilib. Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı platforma olmalıdır:  “Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar”.  Dövlət başçısı onu da vurğulayıb ki, gözəl siyasi münasibətlər qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır: “Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq”. Yatırılacaq sərmayənin yönəldiləcəyi sahələr də artıq müəyyən olunub və yaxın günlər ərzində konkret razılıqlar əsasında müvafiq işlərə də başlanacaq.

İki ölkə arasında müdafiə, müxtəlif  sənaye sahələri, əzcaçılıq, enerji, kənd təsərrüfatı, infrastruktur layihələri, digər belə istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün bütün imkanlar mövcuddur. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev bildirib: “Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik”. Proseslərin gedişi göstərir ki,  Azərbaycan və Pakistan müxtəlif təyinatlı birgə istehsal müəssisələri yaradılmasına xüsusi diqqət yetirir. Bura digər sahələrlə yanaşı, müdafiə sənayesi də daxildir. Tərəflərin buna xüsusi diqqət etməsi heç də təsadüfi xarakter daşımır. Faktdır ki, istər Pakistan, istərsə də Azərbaycan çoxsaylı konkret səbəblərə görə, hərbi qüdrətlərini  qorumaq, onu davamlı yüksəltmək məcburiyyətindədirlər. Sözügedən istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığı tərəflərin hər birinə çoxsaylı üstünlüklər vəd edir. Təqdirəlayiq haldır ki, bu kontekstdə ölkələrimiz arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir. Bunu Pakistanın və Azərbaycanın yüksək rütbəli hərbçilərinin intensivləşən qarşılıqlı səfərləri, əldə olunan razılaşmalar da təsdiq edir. Ümumiyyətlə, iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir. Bu müstəvidə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi xüsusi diqqət mərkəzində yer alır.

Prezident İlham Əliyev Ölkəmizdə səfərdə olan Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdəki çıxışında  bu səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcəyinə,  beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyimizə əminliyini ifadə edərək vurğuladı ki, bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsinin tərəfdaşlığının yaxşı nümunəsidir.

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Biz digər sahələrdə də çox böyük potensial görürük

Növbəti xəbər

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib

Əlaqədar Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib
Gündəm

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

3 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır

7 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

7 saat əvvəl
Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.