İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

49 dəqiqə əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

23 avqust 1993-cü il tarixində I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən Füzuli rayonunun əksər hissəsi işğal edilmişdi. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra tanınmaz hala düşmüşdü. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq büruzə verirdi.

Füzuli Azərbaycanın mədəniyyət mərkəzlərindən biri sayılır. Bu bölgə Azərbaycana bir çox tanınmış mədəniyyət xadimləri, yazıçılar, muğam ustaları bəxş edib. Füzuli həm də mədəniyyət abidələri ilə zəngin bölgələrimizdəndir.

İşğaldan əvvəl öz tarixi ilə, tarixi-dini abidələri ilə, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizminin nəticəsində yerlə yeksan edilmişdir. Lakin işğaldan sonra qısa müddət ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa olunmuşdur. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsi möhtəşəm bir qələbə idi.

II Qarabağ müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları oradan başladı. 2020-ci ilin 17 oktyabrında rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərini işğaldan azad etdi. Digər rayonlarımız kimi Füzulini də düşmən təhvil vermək istəmirdi. İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərin getdiyi bölgələrdən biri də Füzuli rayonu oldu. Nəhayət ki, Füzuli uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən doğma Azərbaycan torpaqlarına qovuşdu.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərindən biri olmuşdur.

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən füzulilər böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu 20 gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri Azərbaycan Ordusunun qüdrəti qarşısında duruş gətirə bilməyərək bayraqlarını və silahlarını cəbhədə qoyub qaçdı.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, bu gün — 17 oktyabr Füzuli şəhəri günü kimi təntənə ilə qeyd olunur.

İndi Böyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu sürətlə dirçəlir. Artıq Füzulidə nəqliyyat yolları, beynəlxalq hava limanı, müasir infrastrukturlar inşa edilib və bu süreç uğurla devam edir. Doğma füzulililər öz yurd-yuvalarına qayıdıb yaşayırlar və bu, Azərbaycan dövlətinin gücünün real göstericisidir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda — 2026-cı ilin sonuna qədər 22 min insanın Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın məskunlaşması nəzərdə tutulur.

Dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdan vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm adımlar atmaqda davam edir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

Növbəti xəbər

Azərbaycanın artan geosiyasi rolu

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

1 dəqiqə əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

18 dəqiqə əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

3 gün əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır
Gündəm

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

3 gün əvvəl
Növbəti xəbər
Yeni dönəm, yeni strategiya

Azərbaycanın artan geosiyasi rolu

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

1 dəqiqə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

7 dəqiqə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

10 dəqiqə əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

18 dəqiqə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

49 dəqiqə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.