İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 May, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qərbi Azərbaycan

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Fevralın 27-də Bakı Konqres Mərkəzində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində məqsəd Qərbi Azərbaycan həqiqətlərinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin icmanın fəaliyyəti barədə məlumatlandırılması və onların icmanın fəaliyyətinə cəlb olunmasıdır. Tədbirin tərəfdaşı Gənclər Fondudur.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsində gənclərin rolundan bəhs edib. Bildirib ki, ötən əsrlərdə soydaşlarımızın başlarına gətirilən müsibətlər unudulmamalı, tarixdən çıxarılmalı olan dərs kimi nəsildən-nəslə ötürülməli, bununla yanaşı, ata-baba yurdlarımıza sülh yolu ilə qayıdış prosesində də gənclərimiz öz töhfələrini verməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Amasiya rayonu üzrə icmanın sədri, akademik Abel Məhərrəmov gənclərin ölkəmizin həyatında oynadığı önəmli rolu, torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaət və qəhrəmanlıqları örnək olaraq səsləndirib. Abel Məhərrəmov ümummilli məsələmiz olan Qərbi Azərbaycanla bağlı aparılan işlərdə yaxından iştirakının önəmindən bəhs edib.

İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayıdış ideyalarının gələcək hədəflərimiz kimi öyrənilməsində gənclərin rolundan danışıb.

Sonra icmanın digər üzvləri, ölkəmizin ictimai-siyasi və mədəni mühitində tanınmış ziyalılar gənclərin suallarını cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, icmanın İdarə Heyətinin üzvü, professor, ictimai xadim Dilarə Seyidzadə və təhsil sahəsində uğur qazanmış, ictimai fəal gənclər iştirak ediblər.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafının daha intensiv mərhələsi başlanır

Növbəti xəbər

Deputat Elman Nəsirov növbəti dəfə seçicilərlə görüşüb

Əlaqədar Xəbərlər

ADPU-da Qayıdış Konsepsiyası ilə bağlı görüş keçirilib
Gündəm

ADPU-da Qayıdış Konsepsiyası ilə bağlı görüş keçirilib

1 il əvvəl
Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır
Qərbi Azərbaycan

Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır

1 il əvvəl
Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin anti-Azərbaycan açıqlamasını rədd edir
Qərbi Azərbaycan

Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı

2 il əvvəl
“Qərbi Azərbaycanın milli-mədəni irsi gənclərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
Qərbi Azərbaycan

“Qərbi Azərbaycanın milli-mədəni irsi gənclərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub

2 il əvvəl
Qafan Rayon Gənclər Şurasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının Mirzə Cəlil zirvəsi” adlı tədbir keçirilib
Qərbi Azərbaycan

Qafan Rayon Gənclər Şurasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının Mirzə Cəlil zirvəsi” adlı tədbir keçirilib

2 il əvvəl
Kəngərli sakinlərinə Qərbi Azərbaycan İcmasının vəsiqələri təqdim olunub
Gündəm

Kəngərli sakinlərinə Qərbi Azərbaycan İcmasının vəsiqələri təqdim olunub

2 il əvvəl
Növbəti xəbər
Deputat Elman Nəsirov növbəti dəfə seçicilərlə görüşüb

Deputat Elman Nəsirov növbəti dəfə seçicilərlə görüşüb

Gündəm

Roma anlayır, Brüssel tərəddüd edir: Azərbaycanın artan geosiyasi çəkisi

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bəyanatda qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyi də xüsusi qeyd olundu

2 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var

2 saat əvvəl
Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər
Gündəm

Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.