İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi

3 həftə əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

12-17 may 2026-cı il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası “SELET” Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının ənənəvi 12-ci Beynəlxalq Forumu keçirilib.
15 may tarixində baş tutan Forumun açılış mərasimində Tatarıstan Respublikası başçısının köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, RF Gənclər üzrə Federal Agentliyinin rəhbərinin müavini Yeqor Litvinenko, Tatarıstan Respublikasının Gənclərlə İş naziri Azat Kadırov, “Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova və Tatarıstan Gənclərinin Diplomatiya Akademiyasının sədri Dilbər Sadıqova iştirakçıları salamlayaraq, onlara uğurlar arzu ediblər. Çıxışlarda İƏT Gənc İş Adamları Forumunun davamlılığı, bu Forumun Rusiya və İslam dünyası gəncləri arasında əlaqələrin gücləndirilməsində oynadığı rol, eləcə də onun investisiya yönümlü olması xüsusi vurğulanıb.
İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov öz çıxışında təmsil etdiyi təşkilatın uzun illərdir Tatarıstan Respublikası hökuməti, respublikanın Gənclərlə İş Nazirliyi ilə  əməkdaşlığı barədə məlumat verərək, Forumun regional əhəmiyyətindən bəhs edib, o cümlədən, gənc iş adamlarının müəllifi olduğu startap layihələrin davamlı olması baxımından Kazan Forumunun işinə yüksək dəyər verib.
Açılış mərasimindən sonra startap nümayəndələri arasında işçi sessiyalar keçirilib. Növbəti mərhələdə Rusiya, Misir, Azərbaycan, İndoneziya, Malayziya, Özbəkistan, Qazaxıstan, Qırğızıstanı təmsil edən nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.
Qeyd etmək lazımdır ki, Forum çərçivəsində biznes planın inkişafı, hədəf auditoriyasının müəyyən edilməsi, sahibkarlıq üzrə çağırışlar və imkanlar mövzuları üzrə işçi qruplar fikir mübadiləsi aparıblar.
Forumun bağlanış mərasimində rəsmilər çıxış etdikdən sonra, Rafiq İsmayılov və Timur Suleymanov Forumun iştirakçılarına sertifikatlar təqdim ediblər.
Artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc İş Adamları Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc iş adamlarının fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, hər il Forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə meyarları əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir.
Forum iştirakçıları mədəni proqramlara qatılmaqla yanaşı, Tatarıstan Respublikasının sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər ediblər.

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi

Növbəti xəbər

Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub

Əlaqədar Xəbərlər

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

5 gün əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

6 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

6 gün əvvəl
Növbəti xəbər
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub

Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.