İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Oktyabr, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Bakı şəhərindəki ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən konfransın l hissəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova,  Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil Nazirliyinin, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, metodistlər iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. 2025–2026-cı tədris ili ərzində  təhsil müəssisələrində görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edən N.Hüseynova əsas göstəricilər üzrə dinamikanı diqqətə çatdırıb, mövcud məsələlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, yeni tədris ili üzrə prioritetlərə toxunaraq qarşıda duran əsas hədəfləri diqqətə çatdırıb.
N.Hüseynova bildirib ki, yeni tədris ilində də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl pedaqoji təcrübələrin yayılması, rəqəmsal və innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi, istedadlı şagirdlərin dəstəklənməsi, həmçinin məktəb–valideyn əməkdaşlığının daha da möhkəmləndirilməsi və digər istiqamətlər paytaxt təhsilinin qarşısında duran hədəflərinin mühüm tərkib hissəsidir.
BŞTİ-nin müdir müavini Turanə Məcidli, ARTİ-nin Təhsilverənlərin peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə iş, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi, keyfiyyət monitorinqləri və buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili, məktəbdənkənar fəaliyyətlərin əhatəliliyi və nəticəyönümlülüyü ilə bağlı təqdimatlar edib, qeyd olunan istiqamətlər üzrə qarşıda duran vəzifə və hədəfləri diqqətə çatdırıblar.
Konfransın ll hissəsi paytaxt üzrə məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, konfrans sabah da işini davam etdirəcək.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri, metodistlər və məktəb psixoloqlarının iştirakı ilə panel müzakirələr təşkil olunacaq, növbəti dərs ili üçün fəaliyyət planı hazırlanacaq və müvafiq təkliflər təqdim olunacaq.
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində “F3 Mühasibatlıq Kursu” təlimləri uğurla yekunlaşdı

Növbəti xəbər

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

Əlaqədar Xəbərlər

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

3 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

6 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib
Gündəm

YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib

2 gün əvvəl
Növbəti xəbər
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

3 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

6 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.