İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

21 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

 

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədr müavini, Qurultay nümayəndəsi Niyaməddin Əsgərov qeyd edib ki, Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya yeni hədəflərin qoyulması əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.

VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.

Bu qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm dayağa çevirməkdir. Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir.

Tədbirdə YAP Beyləqan rayon təşkilatının Aparatının məsləhətçisi Nahid Hacıyev,  “Birinci Aşıqlı kənd” Ərazi partiya təşkilatının sədri Hafiz Paşayev, Beyləqan rayon Birinci Aşıqlı KİƏD-si Üzrə Nümayəndəsi Telnaz Quliyeva,  “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatının sədri İfadə Şəfiyeva və Beyləqan rayon İkinci Aşıqlı KİƏD-si Üzrə Nümayəndəsi Osman Çıraqov çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində yeni səhifənin başlanğıcı kimi xarakterizə oluna bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Qurultayda səsləndirilən mesajlar isə Azərbaycanın bundan sonrakı mərhələdə də milli maraqlara əsaslanan müstəqil siyasətini inamla davam etdirəcəyinin mühüm göstəricisidir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

2 saat əvvəl
Gündəm

Qubadlının yeni inkişaf tarixi başlanıb

2 saat əvvəl
Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

1 gün əvvəl
Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

1 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

1 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Zəngilan şəhərinin yeni siması

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib
Gündəm

YAP Beyləqan rayon təşkilatı tərəfindən “Birinci Aşıqlı kənd” və “İkinci Aşıqlı kənd” Ərazi partiya təşkilatlarında tədbir keçirilib

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir

2 saat əvvəl
Gündəm

Qubadlının yeni inkişaf tarixi başlanıb

2 saat əvvəl
Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

1 gün əvvəl
Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.