İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina edir və arabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıyır. Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası Sammitində verdiyi bəyanat belə deməyə əsas verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın sözlərinə görə, Paşinyan həmin tədbirdə bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü, rəsmi Bakı isə öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanıyır. Məlumdur ki, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir. Bu mənada Paşinyan bu bəyanatla faktiki olaraq “Qarabağ Azərbaycandır!” deyir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər artıq siyasi və hüquqi baxımdan təsdiqlənir. Yəni, faktiki olaraq Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir. Paşinyandan yaxın günlərdə nəzərdə tutulan Moskva və Kişineu görüşlərində də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir.

K.Nurullayeva bildirib ki, bir neçə gün əvvəl Brüsseldə baş tutan üçtərəfli görüşdə də erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edib, lakin bu ifadə qəbul olunmayıb. Nəticədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun vurğulandığı “Alm-Ata Bəyannaməsi”nə istinad yer alıb.

“Beləliklə, Ermənistan ölkəmizin ən azı 86,6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyır. Belə olan halda, revanşizm ideyalarını reallaşdırmağa can atan qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə sürükləyən Fransa və digər havadarlar da bu reallıqlardan nəticə çıxarmalıdırlar. Brüsseldə davam edən sayca beşinci görüşdə də aydın oldu ki, Parisin də prosesə qoşulmasına can atan Paşinyan üçtərəfli formata qayıtmağa məcbur oldu. Çünki Azərbaycan Fransanın prosesdə iştirakına qəti şəkildə imkan vermədi”, – deyə Könül Nurullayeva vurğulayıb.

Аzərbaycanın Brüssel formatından da, Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən də razı olduğunu diqqətə çatdıran deputat bildirib ki, buna mane olan yalnız Fransa idi və bunun qarşısı alındı. Qeyd edilib ki, Fransa Ermənistanın silah təchizatı ilə bağlı tədbirlər həyata keçirməkdənsə, sülhə dəstək verməlidir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“PAŞA Bank” Qarabağda fəaliyyət göstərən müştərilərə 132 milyon manat vəsait ayırıb

Növbəti xəbər

UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

9 ay əvvəl
Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

9 ay əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

1 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

1 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

1 il əvvəl
Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib
Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

2 il əvvəl
Növbəti xəbər
UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

23 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.