İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Artıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad edilməsi günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i  Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən dörd il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.

Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb. O gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərimizdəki dədə-baba yurdlarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalan qubadlılıların məcburi köçkün həyatı başladı. Rayon sakinləri respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. Təcavüzkar ermənilər işğal etdikləri digər ərazilərimiz kimi, Qubadlının da zəngin təbiətinə ciddi ziyan vurdu, ərazidəki bütün tikililəri dağıtdılar.

Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Sahəsi 802 kvadrat – metrdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular. Yüksəkliklər düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Nəhayət 25 oktyabr Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.

Əminik ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bilgəh qəsəbəsində yerləşən sahilyanı ərazidə təmizlik aksiyası keçirilib

Növbəti xəbər

Bərpa edilən Qubadlı

Əlaqədar Xəbərlər

Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

7 ay əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

1 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

1 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

1 il əvvəl
Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib
Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

1 il əvvəl
Xəyallarımızın Xankəndi stadionunda gerçəkləşdiyi tarixi anlar
Qarabağ

Xəyallarımızın Xankəndi stadionunda gerçəkləşdiyi tarixi anlar

1 il əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Bərpa edilən Qubadlı

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

18 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.