İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Avqust, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Tarixi fürsət

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Qazaxıstan-Azərbaycan münasibətləri hazırda ən yüksək səviyyədədir

Bu gün Qazaxıstan və Azərbaycan münasibətlərində yeni mərhələyə yaranıb. Bu da istər regional, istrsə də beynəlxalq olaraq tarxi fürsət hesab edilir. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Xatırladaq ki, 2020-ci ildə  Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd ediblər. Təxminən üçdə bir əsr ərzində öz regionlarında hərəkətverici qüvvə hesab edilən hər iki dövlət siyasi, iqtisadi, mədəni-humanitar inkişafda böyük yol keçmiş, mühüm nəticələr əldə etmişdir. Həmin il 1992-ci il avqustun 27-də qurulmuş diplomatik münasibətlər üçün əlamətdar idi. Bu, tarixi baxımdan nisbətən qısa müddət olsa da, hələ də iki əlaqəli dövlət arasında dövlətlərarası münasibətlərin formalaşması və inkişafında mühüm mərhələni müəyyənləşdirir. İki qardaş ölkə arasında münasibətlərin hazırda ən yüksək səviyyədədir.

Münasibətlərin səviyyəsini müəyyən edən əsas məqamlara 2005-ci ildə Bakıda imzalanmış Strateji Tərəfdaşlıq və Müttəfiqlik Münasibətləri haqqında Saziş daxildir. Bu, iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərin köklərini qeyd edən strateji xarakterli ilk sənəd idi. Bu gün Qazaxıstan və Azərbaycan arasında müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər və sairədən ibarət geniş hüquqi baza mövcuddur. Əməkdaşlıq formatına gəlincə, o, çoxtərəfli, BMT, ATƏT, İƏT, CICA, TDT, UTG Qazaxıstan Respublikası və Azərbaycan Respublikasının fəal şəkildə qarşılıqlı fəaliyyət göstərdiyi beynəlxalq və regional təşkilatlardan biridir. Yeri gəlmişkən, Bakıda martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıblar. Həmçinin iki ölkə arasında media, neft, mədəniyyət, rəqəmsal, nəqliyyat, təhsil  və s. sahələrdə  qarşılıqlı tanınması haqqında sənədlər imzalanıb. Bütün bunlar Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bu gün Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş fəaliyyəti təqdir olunur. Azərbaycanın Qarabağ münaqişəsində zəfər əldə etdikdən sonra regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması yaranmış yeni reallıqların tərkib hissəsi hesab olunur. Prezident İlham Əliyev martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında bu haqda da danışıb: “Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi”. Bu baxımdan Qazaxıstan da dövrün reallığı olan yaranmış imkanlardan yararlanmaqda maraqldır. Xüsusən “Rəqəmsal İpək Yolu” layihəsində hər iki ölkənin işitrakı beynəlxalq nəqliyyat-kommunikasiya əlaqərinin inkişafına təkan verəcək. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Ticarət-iqtisadi əlaqələrin qurulması üçün 2020-ci ilin sentyabrında Azərbaycanda “Qazaxıstan Ticarət Evi” yaradılıb. 2021-ci ilin may ayında Astanada “Azərbaycan Ticarət Evi” açılıb. Təşkilatçıların fikrincə, bu struktur işgüzar dairələr üçün dialoq platforması kimi çıxış edir və iki ölkə ərazisində məhsulların satışını təşviq edir. Qazaxıstandan Azərbaycana əsas ixrac malları xüsusi təyinatlı üzən gəmilər, dəmir yolu lokomotivləri, neft məhsulları, buğda, unlu qənnadı məmulatlarıdır. Azərbaycandan qardaş dövlətə ixrac olunanlar isə propilen və etilen polimerləri, tekstil qablaşdırmaları, məftillər, kabellərdir, alma, armud, heyva və s. məhsullardır.

Ölkələrimiz arasında ümumi mənşəli, tarixi-mədəni əlaqələr olmuşdur. Bundan sonra da bu münasibətlər hər iki xalqın və dövlətin mənafeyinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanla Qazaxıstan əməkdaşlıq sahələrini genişləndirir

Növbəti xəbər

Qərbin siyasi maraqlarının acı nəticələri

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

1 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

3 həftə əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Qərbin siyasi maraqlarının acı nəticələri

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

17 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

1 gün əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

3 gün əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.