İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.

1 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11–12-də Qarabağ və Şərqi Zəngəzura həyata keçirdikləri növbəti səfər bölgədə formalaşmış yeni geosiyasi və geoiqtisadi reallıqların beynəlxalq müstəvidə qəbul edilməsi baxımından mühüm mərhələdir. 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfərləri Azərbaycanın suveren ərazilərində apardığı genişmiqyaslı bərpa, quruculuq və inkişaf proseslərinin əyani göstəricisidir. 2020-ci ildən bu yana təşkil olunan sayca 22-ci belə səfər ölkəmizin xarici tərəfdaşlar için tam şəffaf siyasət yürütdüyünü və davamlı diplomatik kommunikasiya xəttinə sadiqliyini nümayiş etdirir.

Bu cür səfərlərin əsas üstünlüyü xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin bölgədəki vəziyyəti vasitəçilərin dezinformasiyalarından deyil, bilavasitə yerində müşahidə etmək imkanı qazanmasıdır. Nümayəndə heyəti Xankəndi şəhərində yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi, yenidən qurulmuş Mədəniyyət Mərkəzi ilə tanış olub, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən sosial-iqtisadi infrastruktur layihələrini, tarixi-mədəni irsin bərpasını və əhalinin doğma yurdlarına qayıdış prosesini yaxından izləyiblər. Bütün bu proseslər regionun uzunmüddətli inkişaf və sabitlik gündəliyinin tərkib hissəsidir.

Lakin təəssüf doğuran məqam odur ki, diplomatik korpusun bu səfərlərinə qarşı Ermənistan daxilində sərgilənən etirazlar və qəbuledilməz reaksiyalar rəsmi İrəvanın bəyan etdiyi mövqe ilə cəmiyyətdə hökm sürən reallıqlar arasındakı ciddi ziddiyyəti açıq şəkildə ortaya qoyur. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyırsa, xarici diplomatların Azərbaycanın suveren ərazilərinə səfərlərinin etiraz mövzusuna çevrilməsi hüquqi və siyasi baxımdan tamamilə əsassızdır. Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.

Səfər çərçivəsində Gəncəsər və Xudavəng kimi tarixi komplekslərin ziyarət olunması Ermənistan dairələrində süni şəkildə qıcıq yaradıb. Erməni tərəfi Qarabağdakı xristian abidələrini yalnız öz irsi kimi qələmə verməyə çalışır, Qafqaz Albaniyasının tarixi və mədəni irsinə isə siyasi-ideoloji müstəvidə yanaşaraq onu inkar etməyə cəhd göstərir. Bu, dünya tarix elminə məlum olan həqiqətlərin kobud şəkildə təhrif edilməsi və irqçi yanaşmanın təzahürüdür. Mədəni irsə birtərəfli yanaşma məsələnin digər tərəfini – indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus irsin məqsədli şəkildə məhv edilməsini aktuallaşdırır. İrəvandakı tarixi Dəmirbulaq və Göy məscidlərinə qarşı törədilən vandalizm aktları, Azərbaycan mənşəli qəbiristanlıqların, yaşayış məntəqələrinin və toponimlərin silinməsi, eləcə də Qərbi Azərbaycanda əsrlər boyu formalaşmış minlərlə mədəni irs nümunəsinin yer üzündən silinməsi faktları beynəlxalq hüququn, xüsusilə 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Aparılan təhlillər göstərir ki, diplomatik səfərlərə qarşı yönələn kampaniyalar və bunun arxasında duran siyasi dairələrin mövqeyi təsadüfi deyil. Revanşist düşüncə təkcə radikal müxalifətlə məhdudlaşmır, həm də rəsmi İrəvanın siyasəti ilə uyğunluq təşkil edir. Sentyabrın 14-də Ermənistan parlamentində sərhəddə törədilmiş hərbi təxribatlar nəticəsində məhv olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi kimi addımlar ölkədə revanşizm əhval-ruhiyyəsinin hələ də körükləndiyini təsdiqləyir.

Davamlı və etibarlı sülh yalnız sərhəddə silahların susması ilə deyil, həm də qonşu dövlətin suverenliyinə tam hörmət edilməsi, tarixi faktlara obyektiv yanaşılması, mədəni irsin qorunmasına universal dəyər kimi baxılması və revanşist iddialardan qəti şəkildə imtina olunması ilə mümkündür. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hər cür destruktiv yanaşma regionda sülh gündəliyinin ruhuna ziddir və gələcək sabitliyə əsaslı təhdid yaradır.

 

Murad Həsənxanlı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş mütəxəssisi və müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir

Əlaqədar Xəbərlər

Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir
Gündəm

Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir

4 saat əvvəl
Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”
Gündəm

Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”

5 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir

5 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

5 saat əvvəl
Qarabağda Bərpa, Bölgədə Sülh və Gələcəyə Baxış
Gündəm

Qarabağda Bərpa, Bölgədə Sülh və Gələcəyə Baxış

5 saat əvvəl
Gündəm

Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür

6 saat əvvəl
Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.
Gündəm

Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.

1 saat əvvəl
Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir
Gündəm

Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir

4 saat əvvəl
Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”
Gündəm

Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”

5 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir

5 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.