İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür

48 dəqiqə əvvəl
Oxunma müddəti: 8 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ümumiyyətlə ölkəmizdə belə bir tədbirin keçirilməsi çox önəmlidir. Yəni söhbət Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərlərinin növbəti bir Şurasının Azərbaycanda keçirilməsindən gedir.

Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür. Bir neçə gündür ölkəmizdə çox mühüm görüşlər keçirilir. Eyni zamanda cənab Prezident davamlı olaraq ölkəmizdə olan ayrı-ayrı qonaqlarla görüşlər keçirərək müxtəlif fikir mübadiləsi aparır. Və bugünkü görüş də çox önəmli bir görüş idi, çünki bu görüşdə dünyanın bir çox ölkələrindən, xüsusilə də türk dövlətlərindən olan çoxlu sayda din xadimi var idi. Və cənab Prezidentin verdiyi bu məlumatlar çox önəmli idi, bu gün bir sıra hallarda biz reallıqların müxtəlif media orqanları tərəfindən təhrif edildiyini görürük. Amma bu gün cənab Prezident bu qələbənin necə əldə edildiyini və Azərbaycanın hansı ağır, çətin bir mərhələdən keçdiyini növbəti dəfə açıqladı və burada çox mühüm mesajlar verdi.

Mesajların mahiyyəti ondan ibarət idi ki, əslində bizə bu 30 il ərzində deyirdilər ki, siz işğalla barışmalısınız, siz torpaqlarınızı azad edə bilməzsiniz. Davamlı olaraq Azərbaycana təzyiqlər və eyni zamanda, çox təəssüf ki, cənab Prezidentin qeyd etdiyi kimi, davamlı olaraq ölkəmizin əleyhinə qəbul edilən qətnamələr, müxtəlif dövlətlər tərəfindən verilən bəyanatlar…

Təəssüflə onu da qeyd etmək lazımdır ki, hətta bu proses Azərbaycan torpaqlarını işğal etdikdən də sonra davam etdi və bu gün də bir sıra hallarda biz bunun bizə qarşı yenə də ayrı-ayrı beynəlxalq təşkilatlar, təsisatlar tərəfindən edildiyinin şahidi oluruq. Amma Azərbaycan cənab Prezidentin bax bu prinsipial, qətiyyətli mövqeyi nəticəsində bu ağır mərhələdə qələbəsini də möhkəmləndirdi. Bir reallıq var ki, Azərbaycan xalqı bu ədalətsizliyi, bu qərəzi, bu ikili standartı heç zaman unutmayacaq və heç zaman da bağışlamayacaq. Çünki bu dövrdə bu qələbənin müəllifi məhz cənab Prezidentdir, Azərbaycan xalqıdır. Bizim qəhrəman vətən övladlarının şücaəti nəticəsində, xalqımızın birliyi nəticəsində və cənab Prezidentin siyasəti nəticəsində biz bu torpaqları azad etdik. Amma biz onu da gördük ki, bu torpaqların azad olunmaması üçün həmin o ölkələr, həmin o təşkilatlar bütün səylə çalışırdılar. Bunu hamı bilməlidir və cənab Prezidentin dediyində də əsas hədəf və məqsəd ondan ibarət idi ki, bəli, biz müharibə etdik, torpaqlarımızı qazandıq, amma bu xalqlar da, bu ölkələr də bilməlidir ki, bu gün dünyada islamofobiya var, bu gün dünyada türkofobiya var, bu gün müsəlman ölkələrinə, müsəlman dövlətlərinə qarşı ikili bir standart var. Və o mənada bu məsələdən hamının agah olması və eyni zamanda bugünkü gərgin bir dövrdə bu proseslərin hansı formada cərəyan etdiyini bilməsi və gələcəkdə öz ölkələrində nəzərə almaları olduqca önəmlidir

Bu cür tədbirlərin ölkəmizdə keçirilməsində cənab Prezidentin müstəsna rolu və dəstəyi var. Davamlı olaraq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və eyni zamanda mən onu xüsusi qeyd etmək istəyirəm ki, bu tədbirlərin keçirilməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin də böyük bir rolu var. Söhbət ondan gedir ki, Azərbaycan bu gün Qafqazda, ümumiyyətlə bu bölgədə özünün liderliyini qoruyur. Bu gün Qafqazın dini liderləri, din xadimləri Azərbaycanda görüşürlər və Azərbaycanda çox mühüm məsələləri müzakirə edirlər.

Azərbaycan növbəti dəfə mühüm bir beynəlxalq platformada özünün potensialını ortaya qoydu. Azərbaycan dünyada bu ağır proseslərin fonunda üzərinə götürdüyü şərəfli, ağır missiyanı uğurla yerinə yetirir. Əminliklə deyə bilərik ki, bugünkü tədbir həm də Türk dövlətləri ilə Qafqaz xalqları arasında bir körpü idi, əlaqələrin daha da möhkəmləndirilməsi idi. Bir sözlə desək, bu bir qardaşlıq nümunəsidir və bu qardaşlığın qorunması bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bax bu insanlar da Azərbaycanı özlərinin doğma yurdu, doğma məkanı, öz evləri hesab edirlər. Bu da asan bir məsələ deyil. Ulu öndər tərəfindən əsası qoyulan siyasət, cənab Prezidentin davam etdirdiyi bu siyasət nəticəsində Azərbaycan bu gün müxtəlif dinlərin, ayrı-ayrı məzhəblərin, ayrı-ayrı dini təlimlərin bir araya gəldiyi, qlobal problemləri müzakirə etdiyi bir məkana çevrilib. Azərbaycan eyni zamanda mənəvi sahədə də töhfəsini verir, dünyamızın mənəvi baxımdan inkişafına da öz səylərini əsirgəmir.

Azərbaycanın üstünlüyü ondadır ki, Azərbaycan qlobal çağırışları davamlı olaraq müxtəlif tribunalarda səsləndirir. Bu tədbirdə səsləndirilən fikirlər də olduqca önəmli idi və bu bir daha Azərbaycanın gücünü, Azərbaycanın qüdrətini, Azərbaycanın qardaşlığını, Azərbaycanın dostluğunu növbəti dəfə bütün dünyaya çatdırır.

Bu cür səfərlər olduqca vacibdir. Bir neçə gün bundan əvvəl də cənab Prezidentin köməkçisi hörmətli Hikmət müəllim diplomatik korpusun nümayəndələrini işğaldan azad olunmuş ərazilərə aparmışdı və indi isə din xadimləri işğaldan azad olunmuş ərazilərə səfər edirlər.

Hamımızın yaddaşəndadır cənab Prezident Zəngilana səfər edərkən, onların məscidlərimizdə donuz saxladıqlarının şahidi olmuş və çox qəti şəkildə, sərt şəkildə bu məsələyə özünün reaksiyasını vermişdi ki, baxın, bu məqsədli bir siyasət idi. Bu gün Ermənistanı bir mələk kimi (dırnaqarası), çox təəssüf ki, dünyaya təqdim etməyə çalışan bəzi onların himayədarları var. Amma Ermənistan bu siyasəti məqsədli həyata keçirmişdi. Ermənistan Azərbaycan xalqını alçaltmaq üçün bunu etmişdi, Müsəlman dünyasını aşağılamaq üçün bunu etmişdi. Necə olur ki, Zəngilanda müxtəlif yerlər var, o yerlərdə heyvan saxlanılmır, amma məhz qədim məscid heyvan saxlanmaq üçün yer kimi seçilib? Bu təkcə Zəngilanda deyildi, yəni bu eyni zamanda həyata keçirilmişdi Ağdamda — biz unutmamışıq Ağdamın içərisində inəklərin gəzməsini və heç zaman unutmayacağıq. Füzulidə və digər ərazilərimizdə bunu etmişdilər. Hətta bunu kilsələrə qarşı etmişdilər, yəni Qarabağda mövcud olan yeganə pravoslav kilsəsinə qarşı etmişdilər, bunu alban kilsələrinə qarşı etmişdilər. Cənab Prezident eyni zamanda Hadruta gedərkən və digər ərazilərə gedərkən bu kilsələrə baş çəkərkən bu məsələyə öz mövqeyini, münasibətini bildirmişdi. Yəni bu məqsədli şəkildə Ermənistan dövləti tərəfindən həyata keçirilən bir siyasət idi, bu təsadüf deyildi. Ona görə burada belə bir maraqlı məqam var ki, bu insanlar əvvəl də bəziləri bu ərazilərə getmişdilər, bu vəhşilikləri görmüşdülər. Hazırda cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm işlər görülübdür, məscidlərimiz bərpa olunub. Misal üçün, Zəngilan məscidinin köhnə qalıqları qorunmaqla orada möhtəşəm, gözəl bir məscid tikilibdir. Ağdam məscidi ən yüksək səviyyədə bərpa olunubdur, yenidən qurulubdur. Şuşada gözəl bir məscid tikilir, Şuşada bəzi məscidlərimiz bərpa olunub. Ermənilər 100-ə yaxın bizim bu cür tarixi abidələrimizi, məscidlərimizi dağıtmışdılar. Amma bu gün yenə də cənab Prezidentin bizim mənəvi dəyərlərə verdiyi qiymətin təzahürüdür ki, bu ərazilərdə yeni məscidlər tikilir. Yəni bu gün bir neçə rayonumuzda, misal üçün Cəbrayılda bu gün yeni məscid tikilməkdədir, Daşaltıda məscid tikilməkdədir, digər ərazilərimizdə tikilməkdədir. Hətta Şuşanın mərkəzində xristian abidəsi, kilsəsi dövlətimiz tərəfindən bərpa olunmaqdadır, ən yüksək səviyyədə qurulmaqdadır. Qonaqlar gedib yerində bunu gözləri ilə görəcəklər ki, Azərbaycan necə bir ölkədir ki, qısa vaxtda özünün mənəviyyatına sahib çıxdı, dəyərlərinə sahib çıxdı, tarixinə sahib çıxdı. Bax bu dediyimiz 65-dən artıq məscid çox sürətli bir formada bərpa olundu. Bu gün Gövhər Ağa məscidində insanlar namaz qılırlar, bizim üçün çox müqəddəs olan Ağdam məscidi artıq insanların növbəti dəfə bir pənah yeri olubdur. O mənada, o anlamda biz deyə bilərik ki, bu yerlərin görülməsi, bu təəssüratların olması çox önəmlidir. O insanlar gedib orada həm vəhşiliyin izlərini görəcəklər, həm də orada Azərbaycan dövlətinin özünün milli-mənəvi dəyərlərinə necə yüksək dəyər və qiymət verdiyinin şahidi olacaqlar.

Bu səfərlər çox önəmlidir və çox vacibdir ki, bu tədbirlərin davamı olaraq Qarabağda bu ziyarət təşkil olunur, orada fikir mübadiləsi aparılır, görüşlər keçirilir. Birmənalı, bilirik ki, bu tarixi abidələr yalnız Azərbaycanın deyil. Şuşada, digər ərazilərdə məscidləri dağıdanlar dünya mədəniyyətini dağıdırlar, dünya mənəviyyatına ziyan vururlar. O baxımdan həm də dərs götürməlidirlər ki, bu cür hallarda susqunluq nümayış etdirmək olmaz. Çünki susmaq həm də tarixə qarşı çıxmaq deməkdir, dini-mədəni dəyərləri tapdalamaq deməkdir. Və əgər bizim məscidlərimizdə donuz saxlayırdılarsa, bunu o zaman İSESCO, UNESCO kimi təşkilatlar sakit formada müşahidə etməli deyildilər. Çünki bu gün əgər bu vandalizm əməllərini, vandalizm aktlarını həyata keçirənlər sabah bunu digər dövlətlərdə də tətbiq eləyəcəklər, digər dövlətlərin də tarixi, dini, mədəni abidələrinə qarşı bu cür laqeyd yanaşacaqlar. Məhz bu cür məqamlarda ona görə də birlik çox vacibdir.

Tamamilə doğrudur, əslində bu gün dünyamızda baş verənlərin əsası məhz Azərbaycanda qoyuldu. Əslində dünya laqeyd olmasaydı, biganə olmasaydı, qərəzinə, ədalətsizliyinə son qoysaydı, bu gün bu hadisələr başqa ölkələrdə təkrarlanmazdı. UNESKO-nun ikitirəliyini, ikiüzlülüyünü biz açıq-aydın gördük. İşğal vaxtı gəlmədilər, sonra isə başladılar bizi ittiham etməyə və digər beynəlxalq təşkilatlar da bunu etməyə çalışdılar. Mesaj isə ondan ibarətdir ki, bu siyasətə son qoymaq lazımdır. İndi təəssüf ki, üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, bu ədalətsizlik, bu qərəz zaman-zaman özünü müxtəlif qurumların timsalında və nümunəsində göstərir. Amma Azərbaycan öz sözünü dedi, Azərbaycan nümunə göstərdi. Biz heç kimin kilsəsini dağıtmadıq, biz heç kimin ibadət yerinə hücum etmədik, bizim mülki əhali ilə işimiz olmadı. Əslində bu, Azərbaycan xalqının böyüklüyünü, onun böyük ürəyini, onun yüksək mənəviyyatını, onun yüksək dəyərlərini açıq-aydın göstərirdi.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

21 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

22 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

23 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

1 gün əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

1 gün əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

2 gün əvvəl
Gündəm

Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür

48 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

21 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

22 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

22 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.