İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 İyul, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, bu il dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni dekabrın 25-dən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq.

Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.

Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaq. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı,mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrut trayektoriyasından kənara çıxmamalı, yolayrıclarında diqqətli olmalı və səfər marşrutu boyunca dayanmadan son məntəqəyə qədər nəqliyyat vasitəsini idarə etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxanalarla əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Bildiririk ki, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də “Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri əvvəlki qaydada davam etdiriləcək. Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tarix təkrar olunur

Növbəti xəbər

Xalqı öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparan lider

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

9 ay əvvəl
Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

9 ay əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

1 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

1 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

1 il əvvəl
Xəyallarımızın Xankəndi stadionunda gerçəkləşdiyi tarixi anlar
Qarabağ

Xəyallarımızın Xankəndi stadionunda gerçəkləşdiyi tarixi anlar

2 il əvvəl
Növbəti xəbər
Xalqı öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparan lider

Xalqı öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparan lider

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.