İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 İyul, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib.
Konfransdan öncə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra konfrans iştirakçıları Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilmiş Ulu Öndərə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Elmi konfransda Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev, ARETN Murtuza Nağıyev adına Kimya İnstitunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani, Çeçen Dövlət Pedaqoji Universitetinin rektoru İsmail Bautdinoviç Bayxanov, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.
Elmi konfrans Yaşıl və dayanıqlı kimya, Ekoloji təmiz proseslər, alternativ enerji, tullantısız texnologiyalar, ətraf mühitin mühafizəsi, aqrokimya, biokimya, kimyəvi materialşünaslıq və nanotexnologiyalar, fundamental kimya: üzvi, qeyri-üzvi, fiziki kimya və analitik kimya, nəzəri və eksperimental tədqiqatlar, tətbiqi kimya və kimyəvi texnologiyalar, sənaye prosesləri, kataliz, neft-kimya, enerji sistemləri və innovativ texnologiyalar və s. elmi istiqamətlərə olunub. Mövzu ilə bağlı 200-dən çox məqalə 2 cilddə kitabda nəşr olunub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf, o cümlədən, kimya sənayesinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin hakimiyyəti illərində ölkədə neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayırmış, yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənmişdi. O da qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi, kimya sənayesinin inkişafına böyük önəm verilir.
Rektor Yusif Yusibov çıxışında “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfransın əhəmiyyətindən danışıb, belə beynəlxalq elmi platformaların alimlər arasında əməkdaşlığın genişlənməsinə, innovativ tədqiqatların təşviqinə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu gün də cənab Prezident İlham Əliyevin ölkəmizin qüdrətinin daha da artırılması üçün neft kapitalının insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçdiyini vurğulayıb.
AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək müasir dövrdə kimya elminin qarşısında duran aktual məsələlərdən, neft-kimya sənayesində innovativ yanaşmaların tətbiqindən bəhs edib. Beynəlxalq konfransların yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə və birgə tədqiqat imkanlarının formalaşmasına səmərə verəcəyini vurğulayıb, gənc tədqiqatçıların elmə marağının artırılması və onların beynəlxalq elmi mühitə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.
Çeçen Dövlət Pedaqoji Universitetinin Elmi və beynəlxalq fəaliyyət üzrə prorektoru, dosent Avtayeva Tamara çıxışında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyət daşıdığını vurğulayaraq, belə beynəlxalq elmi tədbirlərin ali təhsil müəssisələri və tədqiqatçılar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin Qeyri-üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Andrey Şevelkov və Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən Su və ətraf mühit mühəndisliyi Milli Universitetinin professoru, Mykolo Moroz video formatda konfransa qoşularaq uğurlar arzulayıblar.
Elmi konfrans çərçivəsində ARETN Murtuza Nağıyev adına Kimya İnstitunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı “Tipoloji izalyatorların və materialşünaslığı sahəsində yeni tədqiqatlar” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfrans 4 bölmə iclası ilə davam edib.








PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

Növbəti xəbər

Milli dövlətçilik ənənələrinin yeni səhifəsi

Əlaqədar Xəbərlər

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

2 həftə əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

2 həftə əvvəl
“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı
Sosial

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı

2 həftə əvvəl
Sosial

Beyləqan Olimpiya İdman Kompleksi tərəfindən açıq qapı günü təşkil edilib

2 həftə əvvəl
Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar
Sosial

Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar

2 həftə əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Milli dövlətçilik ənənələrinin yeni səhifəsi

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

43 dəqiqə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

55 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

1 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.