İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Sentyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

4 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində yalnız siyasi hadisə deyil, həm də milli oyanışın, mənəvi dirçəlişin və milli kimlik şüurunun bərpasının ən mühüm mərhələsi idi. Azərbaycan xalqı əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşasa da, öz milli-mənəvi dəyərlərini, dilini və dövlətçilik ənənələrini qoruyub saxlamışdı. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız özünü müstəqil dövlət qurmağa qadir bir xalq kimi təsdiq etdi və milli mənlik şüurunu yenidən qazandı. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman aləmində ilk dəfə demokratik idarəçilik prinsiplərinə əsaslanan dövlət modeli yaratdı və xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik əzmini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın əsrlər boyu yaşatdığı dövlətçilik ənənələrinin davamı idi. Çar Rusiyasının süqutundan sonra yaranmış mürəkkəb siyasi şəraitdə Azərbaycan xalqı öz taleyini özü müəyyən etmək əzmini ortaya qoydu. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycanın müstəqilliyi elan olundu və xalq hakimiyyətinə əsaslanan yeni dövlət quruldu. Bu hadisə yalnız siyasi müstəqillik aktı deyil, həm də milli azadlıq ideallarının təntənəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərə əsaslanan dövlət kimi fəaliyyət göstərirdi. Cümhuriyyətin əsas xüsusiyyətlərindən biri parlamentli idarəetmə sisteminin yaradılması idi. Parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin təmsil olunması dövlətin demokratik mahiyyətini göstərirdi. Həmin dövrdə qəbul olunan qanunlar insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edirdi. Dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunurdu. Cümhuriyyətin dünyəvi dövlət modeli yaratması da onun ən mühüm xüsusiyyətlərindən biri idi. Dövlət və din münasibətləri müasir prinsiplər əsasında tənzimlənirdi. Dünyəvilik prinsipi dövlət idarəçiliyində demokratik inkişafın əsas istiqamətlərindən biri kimi qəbul olunmuşdu. Bu siyasət ölkədə tolerantlıq və multikultural dəyərlərin möhkəmlənməsinə şərait yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti qadın hüquqları sahəsində də mühüm islahatlar həyata keçirdi. Qadınlara seçki hüququnun verilməsi Şərq və müsəlman aləmində ilk dəfə Azərbaycanda baş verdi. Bu, demokratik cəmiyyət quruculuğunun və insan hüquqlarına hörmətin ən mühüm nümunələrindən biri idi. Hətta bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ verilmişdi.

Cümhuriyyət dövründə milli ordu quruculuğuna da xüsusi diqqət yetirilirdi. Dövlətin təhlükəsizliyinin təmin olunması və müstəqilliyin qorunması məqsədilə milli ordu formalaşdırıldı. Azərbaycan ordusu xalqın dövlətçilik ruhunun və vətənpərvərliyinin simvoluna çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli şüurunun formalaşmasında təhsilin və maarifçiliyin rolunu xüsusi qiymətləndirirdi. Tədrisin ana dilində aparılması haqqında qəbul olunan qərarlar milli dilin inkişafına böyük təkan verdi. Ana dilinin dövlət dili elan olunması xalqın milli kimliyinin qorunması baxımından mühüm addım idi. Eyni zamanda məktəblərin milliləşdirilməsi, müəllim hazırlığı və yeni təhsil müəssisələrinin yaradılması gələcək milli kadrların yetişməsinə xidmət edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, onun gördüyü işlər xalqımızın tarixində silinməz iz qoydu. Cümhuriyyət milli dövlətçilik ənənələrinin əsasını formalaşdırdı, müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf yolu üçün mühüm siyasi və hüquqi baza yaratdı. 1920-ci ildə bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etsə də, onun azadlıq ideyaları xalqın yaddaşında yaşadı və gələcək nəsillərə ötürüldü. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu yüksək qiymətləndirərək deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Bu fikir Cümhuriyyətin xalqımızın milli azadlıq düşüncəsinin formalaşmasında oynadığı müstəsna rolu bir daha təsdiqləyir.

Azərbaycan Xalq Cümhuriyyəti Şərq ilə Qərbin dəyərlərini özündə birləşdirən unikal dövlət modeli idi. Bir tərəfdən xalqımızın milli-mənəvi dəyərlərinə, islam mədəniyyətinə və Şərq ənənələrinə söykənən Cümhuriyyət, digər tərəfdən Avropanın demokratik idarəçilik prinsiplərini dövlət quruculuğunda tətbiq edirdi. Parlamentli idarəçilik sistemi, insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi və vətəndaş bərabərliyi kimi prinsiplər həmin dövrdə xalqımızın yüksək siyasi mədəniyyətə malik olduğunu nümayiş etdirirdi.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”. Dövlət başçısının bu fikri Azərbaycan xalqının dünya siyasi tarixində mühüm yer tutduğunu göstərir.

Bu gün müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsini yaşadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü dövlətə çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu uğurlar Azərbaycan xalqının milli birlik ruhunun və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza yalnız müstəqil dövlət deyil, həm də milli kimliyini, milli qürurunu və azad yaşamaq əzmini qaytardı. Bu müqəddəs irs Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqımızın istiqlal salnaməsi

Növbəti xəbər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

12 saat əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

1 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

2 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

2 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.