İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Noyabr, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

5 saat əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”

Azərbaycanın dövlətçilik tarixində 8 noyabr xüsusi yer tutur. Bu tarix həm Zəfər Günü, həm də Şuşa şəhəri günü kimi qeyd olunur. 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 8 noyabr “Şuşa şəhəri günü” elan edildi. Bu qərar həm böyük bir tarixi hadisənin əbədiləşdirilməsi, həm də xalqımızın azadlıq uğrunda mübarizəsinin simvolu kimi dərin mənaya malikdir.

1992-ci ildə Şuşanın işğalı Azərbaycan xalqı üçün dərin yaraya çevrildi. Bu itki təkcə torpağın deyil, həm də milli ruhun bir parçasının itirilməsi idi. Lakin xalqımız heç vaxt bu vəziyyətlə barışmadı. Hər azərbaycanlı üçün “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” fikri müqəddəs bir and kimi yaşadı. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi bu arzunun gerçəkləşməsi ilə nəticələndi. Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində tarixi ədaləti bərpa etdi.

2020-ci il 8 noyabrda isə müharibənin taleyini dəyişən ən mühüm hadisə – Şuşa şəhərinin işğaldan azad edilməsi baş verdi. Bu xəbər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüruruna çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Azərbaycan tarixində elə illər var ki, bu illər xalqımızın yaddaşında bir dövrün simvolu kimi qalır. 2022-ci il məhz belə illərdən biridir. Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə həmin il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. Bu qərar təkcə bir şəhərin deyil, bütün Azərbaycan mədəniyyətinin, tarixi irsinin və milli qürurunun təntənəsinə çevrildi. “Şuşa İli” həm də Azərbaycanın dünya miqyasında mədəniyyət diplomatiyasını gücləndirən mühüm hadisə oldu. Bu dövrdə Şuşa Türk Dövlətləri Təşkilatı, ICESCO, UNESCO və digər beynəlxalq qurumların diqqət mərkəzinə çevrildi.

Şuşada keçirilən beynəlxalq konfrans və görüşlər, mədəniyyət festivalları, incəsənət sərgiləri Azərbaycanın mədəni irsinin gücünü bütün İslam və türk dünyasına nümayiş etdirdi.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 noyabr tarixinin Şuşa şəhəri günü kimi qeyd olunması mühüm tarixi əhəmiyyət daşıyır. Bu sərəncamla işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi qərara alındı. Bu addımın məqsədi – Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək, azad olunmuş torpaqlarımızın dirçəlişini və dövlət suverenliyinin bərpasını gələcək nəsillərə xatırlatmaqdır.

Şuşa şəhəri gününün məhz 8 noyabrda qeyd olunması isə Zəfər Günü ilə birləşərək ikiqat mənəvi dəyər yaradır. Bu gün həm də qürurun, birliyin, qəhrəmanlığın rəmzinə çevrilmişdir. Hər il bu tarixdə Şuşada və ölkənin bütün bölgələrində rəsmi tədbirlər, bayram mərasimləri, konsertlər və paradlar keçirilir.

Bu gün Şuşa azad və müstəqil Azərbaycanın yenidən doğulan tacıdır. İşğaldan sonra şəhərdə geniş bərpa və yenidənqurma işləri aparılır. Tarixi abidələr bərpa edilir, küçələr, məktəblər, mədəniyyət ocaqları yenidən qurulur. 2022-ci ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Burada beynəlxalq festivallar, musiqi və poeziya günləri, dövlət tədbirləri keçirilir. Bütün bunlar Şuşanın Azərbaycan mədəniyyətinin və dövlətçiliyinin simvolu kimi dünya miqyasında tanıdılmasına xidmət edir. Bu qələbə yalnız torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan mədəniyyətinin yenidən doğuluşu idi. Qısa müddət ərzində Şuşada bərpa işlərinə başlanıldı. Tarixi binalar, məscidlər, muzeylər, məktəblər, musiqi ocaqları yenidən qurulmağa başladı. Şəhərdə milli və beynəlxalq səviyyəli tədbirlər keçirildi, “Xarıbülbül” Musiqi Festivalı yenidən dirçəldi.

Şuşanın “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Azərbaycanın beynəlxalq mədəni diplomatiya sahəsində qazandığı uğurların davamıdır. Bu status sayəsində 2024-cü il ərzində Şuşada və ölkənin müxtəlif şəhərlərində konfranslar, sərgilər, festival və simpoziumlar keçirilir. Burada İslam ölkələrinin sənətkarları, alimləri və mədəniyyət nümayəndələri bir araya gələrək İslam mədəniyyətinin birləşdirici gücünü nümayiş etdirirlər. Bu, həm də Azərbaycanın dünyaya verdiyi bir mesajdır: Azərbaycan İslam mədəniyyətinin ayrılmaz parçasıdır və bu dəyərləri qorumaqla yanaşı, onları dünyaya tanıdır.

Şuşanın 2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi həm tarixi ədalətin bərpası, həm də Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda yüksəlişi deməkdir. Bu qərar sübut etdi ki, dağıdılmış, lakin yenidən dirçəlmiş Şuşa bu gün İslam sivilizasiyasının, mədəni irsin və mənəvi dəyərlərin parlaq simvoluna çevrilib. Şuşa bu gün təkcə Azərbaycan xalqının deyil, bütün İslam aləminin qürur yeridir.

“Şuşa şəhəri günü” – sadəcə bir bayram deyil, Azərbaycan xalqının qürur, zəfər və vətənpərvərlik simvoludur. Bu gün Şuşada ucalan üçrəngli bayraq azadlığın, müstəqilliyin və millətimizin sarsılmaz birliyinin rəmzidir. Şuşa azaddır, Şuşa dirçəlir, Şuşa yaşayır! Və hər bir azərbaycanlının qəlbində bu sözlər əbədi səslənir: “Qarabağ Azərbaycandır!”

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qarabağ Zəfərinin zirvəsi

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Xüsusi

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Xüsusi

Hüquq və azadlıqlar ölkəmizin bütün suveren ərazilərində tam şəkildə təmin edilir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü

6 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi

1 ay əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

5 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Qarabağ Zəfərinin zirvəsi

5 saat əvvəl
Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir
Gündəm

Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir

9 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.