İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

7 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan ilə Serbiya arasında 2013-cü ildə qurulan strateji tərəfdaşlıq əlaqələri ötən illər ərzində dost ölkələrimizin inkişafına və xalqlarımızın rifahının yaxşılaşmasına töhfə verib. Xalqlarının milli maraqlarına söykənən müstəqil siyasət yürüdən hər iki ölkə üçün beynəlxalq miqyasda böyük əhəmiyyət daşıyan bu əməkdaşlıq hazırda bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Azərbaycan-Serbiya əlaqələrinin çoxşaxəli tərəfdaşlığa əsaslandığını deyən komitə sədri bildirib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, fəal siyasi dialoq ikitərəfli münasibətlərin dinamik inkişafında müstəsna rola malikdir. Ümumilikdə ölkə rəhbərləri tərəfindən qəbul olunan qərarların uğurlu icrası nəticəsində ölkələrimiz arasında münasibətlər bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan, Azərbaycan Prezidentinin Serbiyaya son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

“Dövlətimizin başçısının səfəri çərçivəsində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının da gündəliyi kifayət qədər geniş idi. İki ölkə arasında enerji sektorunda uğurlu əməkdaşlıq mövcuddur. Ötən illər ərzində Azərbaycan qazı digər Avropa ölkələri kimi Serbiyanın da enerji təhlükəsizliyində mühüm rol oynayır. Artıq ölkəmiz Serbiyada elektrik stansiyasının tikintisinə investisiya yatıracaq. Prezident İlham Əliyev qeyd etdi ki, bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Göründüyü kimi, ölkələrimiz artıq enerji sektorunda uzunmüddətli əməkdaşlığı şaxələndirirlər”, – deyə Şahin İsmayılov qeyd edib.

İki ölkə arasında iqtisadiyyatın ayrı-ayrı sahələri ilə yanaşı, mədəniyyət, media, idman və digər istiqamətlərdə uğurlu əməkdaşlıq perspektivlərindən bəhs edən Şahin İsmayılov bildirib ki, dövlətimizin başçısının səfəri çərçivəsində iki ölkə arasında imzalanan sənədlər Azərbaycan–Serbiya münasibətlərinin qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq prinsipinə əsaslandığını nümayiş etdirir.

Ölkələrimizin parlamentləri arasında da səmərəli tərəfdaşlıq əlaqələri mövcud olduğunu deyən komitə sədri qeyd edib ki, istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində mövcud fəal təmaslar münasibətlərin davamlı və dinamik inkişafına təkan verir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

Növbəti xəbər

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

3 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

4 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

4 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

"350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz"

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

3 saat əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

1 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.