İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 May, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

5 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş, inkişaf və sabitlik yolu tutmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi-siyasi əsaslarını formalaşdırmış, suverenliyin, hüququn aliliyinin və insan hüquqlarının təmin edilməsi dövlət siyasətinin mərkəzi prinsipləri olaraq bu əsas qanunda öz əksini tapmışdır. Məhz bu möhkəm təməl üzərində qurulan dövlətçilik modeli bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və uğurla davam etdirilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu yanaşma ölkənin cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapmış, humanizm dövlətin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu humanist və sosial yönümlü dövlət siyasətinin bariz nümunəsidir.

Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması Azərbaycan xalqının ən böyük tarixi qələbəsidir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və cəmiyyətdə reinteqrasiyanın gücləndirilməsini hədəfləyərək 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Müstəqil Azərbaycan tarixində amnistiya və əfv institutları humanizm siyasətinin mühüm alətlərindən biri olmuşdur. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı həyata keçirilmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunmuş, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar 7 060 nəfərə şamil edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı isə 17 mindən artıq şəxsi əhatə etməklə xüsusi əhəmiyyət kəsb etmişdir.

Humanist dəyərlərə əsaslanan təşəbbüslərin ardıcıl və sistemli xarakter daşıması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyətində də aydın şəkildə özünü göstərir. Onun hər zaman cəmiyyətin sosial həssas təbəqələrinə xüsusi diqqətlə yanaşması, mərhəmət, ədalət və insan ləyaqətinin qorunması prinsiplərini ön plana çəkməsi dövlətin humanizm siyasətinə mühüm töhfə vermişdir. Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə qəbul edilmiş amnistiya aktları minlərlə insana yeni həyat mərhələsi başlamaq imkanı yaratmış, onların cəmiyyətə yenidən inteqrasiyasına şərait formalaşdırmışdır. Bu qərarlar yalnız hüquqi mexanizm kimi deyil, eyni zamanda sosial ədalətin və mərhəmətə söykənən dövlət idarəçiliyinin təzahürü kimi qiymətləndirilmiş, Azərbaycan cəmiyyətində humanizm ənənələrinin möhkəmlənməsində mühüm rol oynamışdır.

Hazırda təklif olunan amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı amnistiya olacağı gözlənilir. Proqnozlara əsasən, bu akt ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrum etmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan və ya şərti tətbiq edilmiş cəzalardan azad olunacaq. Eyni zamanda mindən artıq şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində əlil olmuş mülki şəxslər xüsusi diqqət mərkəzində saxlanılır. Habelə qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər həssas kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Eyni zamanda böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması planlaşdırılır. Bu yanaşma cəmiyyətin təhlükəsizliyi ilə humanizm prinsipləri arasında tarazlığın qorunmasına xidmət edir.

Bu yanaşma bir daha göstərir ki, Azərbaycan dövlətinin dayanıqlılığı yalnız hüquqi çərçivələrə və siyasi mexanizmlərə deyil, eyni zamanda humanist dəyərlər üzərində qurulan, ədalət və mərhəməti prioritet sayan idarəçilik fəlsəfəsinə əsaslanır. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü Konstitusion prinsiplərə və milli suverenlik anlayışına bağlılığın, insan faktoruna verilən xüsusi önəmin açıq ifadəsi olmaqla bərabər, cəmiyyətdə sosial birliyin möhkəmlənməsinə, hüquq mədəniyyətinin dərinləşməsinə və ictimai etibar mühitinin güclənməsinə mühüm töhfələr verir.

Zaur Şükürov
Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

Növbəti xəbər

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

Əlaqədar Xəbərlər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

4 gün əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

5 gün əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

2 həftə əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

2 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

3 həftə əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

1 ay əvvəl
Növbəti xəbər
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

1 gün əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.