İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

6 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Serbiyaya səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası iki ölkə arasında münasibətlərin real siyasi, iqtisadi və enerji gündəliyi üzərində qurulduğunu təsdiqləyir. Bu hadisə həm Bakı, həm də Belqrad üçün regional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji xəttin möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Rəsmi Belqrad Bakı ilə strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıdır. Bu vaxta qədər 2 ölkə arasında artıq 70-ə yaxın əməkdaşlıq müqaviləsi imzalanıb.
Hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə həssas yanaşır. Bu mövqe tərəfləri beynəlxalq platformalarda bir-birinə yaxınlaşdırır. Qarşılıqlı dəstək siyasi etimadı gücləndirir və münasibətləri sabit əsas üzərində qurur.
Azərbaycan qazının Balkanlara çıxışı isə Serbiyanın enerji şaxələndirmə siyasətinə töhfə verir və uzunmüddətli sabitlik yaradır. Ötən gün prezidentlər Serbiyaya təbii qazın ixracının həcmini artırmaq barədə razılığa gəlib. Cənab Prezident bildirdi ki, Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Gündəlikdə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi də nəzərdə tutulur.
Ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiyalar və birgə layihələr iqtisadi əlaqələri gücləndirir. Dövlət baçıları bildirdi ki, son illər ticrət dövriyyəsi 16 dəfə artıb. Xüsusilə infrastruktur, tikinti, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu, hər iki ölkə üçün yeni bazarlara çıxış və iqtisadi şaxələndirmə deməkdir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Serbiyanın Balkan nəqliyyat qovşağı kimi mövqeyi bir-birini tamamlayır. Bu amil gələcəkdə Avropa–Asiya ticarət marşrutlarına töhfə verəcək.
Hər iki ölkə balanslaşdırılmış xarici siyasət yürüdür və müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq edir. Bu, Bakı–Belqrad xəttində münasibətləri daha çevik və davamlı edir.
Azərbaycan–Serbiya əlaqələri regional sabitliyə, eyni zamanda hər iki ölkənin strateji mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Könül Nurullayeva

Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Bakı MUN 2025 – Gənc diplomatlar konfransı” qrant layihəsinin təlim mərhələsinə start verilib

Növbəti xəbər

“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

1 həftə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

4 həftə əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

1 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

1 ay əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

2 ay əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 ay əvvəl
Növbəti xəbər
“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.