İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Münxen platformasında da Azərbaycan vacib tərəfdaş kimi qəbul olunur”

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Qlobal təhlükəsizlik gündəliyinin son dərəcə gərgin olduğu bir dövrdə keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransı rəsmi Bakının qlobal məsələlərə mövqeyini nümayiş etdirdi. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda qlobal problemləri həll edən, sülhü təşviq edən lider kimi qəbul olunur. 62-cı Münxen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidentinin yüksək nüfuzu, onun şəxsiyyətinə olan böyük hörmət və ehtiram daha qabarıq şəkildə özünü göstərdi. Məlumdur ki, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərlərinin bir araya gəldiyi mühüm platformalardan biridir. Belə bir platformada dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri ilə çoxsaylı görüşlər Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının ilbəil artdığını təsdiqləyir.
İllərdir, Prezident İlham Əliyev bu təhlükəsizlik platformasına dəvət alır, bu çərçivədə keçirilən müzakirələrdə qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı dəyərli fikirlərini bölüşür.
Cənab Prezidentin də söylədiyi kimi, dövlət başçımız ilk dəfə bu tədirdə sülhü təmin edən tərəf kimi iştirak edirdi.
Konfrans çərçivəsində açıq dəhlizə həsr olunmuş panel iclasda Prezident İlham Əliyevin çıxışı, keçirdiyi görüşlər Azərbaycanın regional proseslərə baxışını, xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyətli oldu. Dövlət başçımız regionda sülh gündəliyinin inkişafı, kommunikasiyaların açılması və uzunmüddətli sabitliyin təmin olunması ilə bağlı Bakının prinsipial mövqeyini diqqətə çatdırdı. Bu, Azərbaycanın artıq münaqişə mərhələsini geridə qoyaraq gündəmi formalaşdıran tərəf kimi çıxış etdiyini göstərdi.
Yeri gəlmişkən, cənab Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına müsahibəsində də Azərbaycanın artıq münaqişə mərhələsinin geridə qaldığını, gündəlikdə duran məsələnin davamlı sülhün təmin edilməsi olduğunu bildirdi.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu da müsahibənin əsas istiqamətlərindən biri idi. Prezident qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaş kimi qaz təchizatını artırır və enerji şaxələndirilməsinə real töhfə verir. Bu, xüsusilə Avropada enerji böhranı fonunda Bakının strateji əhəmiyyətini artırır.
Müzakirələrin formatı, səslənən fikirlərdən də aydın oldu ki, Münxen platformasında da Azərbaycan yalnız regional aktor deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi qəbul olunur.
Konfrans çərçivəsində keçirilən ikitərəfli görüşlər isə Azərbaycanın müxtəlif güc mərkəzləri ilə dialoqunu davam etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ, Avropa İttifaqı ölkələri və digər tərəfdaşlarla aparılan müzakirələr Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun davam etdiyini təsdiqlədi.
Bütövlükdə Azərbaycan 62-ci Münxen Təhlükəsizlik Konfransında geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olundu.

Könül Nurullayeva 

Millət vəkili 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

Növbəti xəbər

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

2 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

6 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

2 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

3 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

4 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

5 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.