İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şəhər, qəsəbə və kəndlərimizin siması əsaslı şəkildə dəyişib

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyası ölkəmizin bütün sahələrdə davamlı və dinamik tərəqqisini, regionların sosial-iqtisadi inkişafını təmin edir. Bu xüsusda, qəbul olunmuş Dövlət proqramları, sosial infrastruktur layihələri bölgələrimizdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasında mühüm rol oynayır.

Ötən illər ərzində Azərbaycanın bütün regionlarında şəhər, qəsəbə və kəndlərin siması əsaslı şəkildə dəyişib, əhalinin müasir infrastruktura, kommunal xidmətlərə əlçatanlığı təmin edilib. Eyni zamanda, həyata keçirilən əsaslı islahatlar, yüksəkixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar, sosial-iqtisadi dövlət proqramlarının, humanitar layihələrin ardıcıl icrası Azərbaycanın dayanıqlı və inklüziv inkişafını uğurla təmin edib.

Möhtərəm Prezidentimiz tərəfindən mərkəzi və yerli icra orqanlarında aparılan dəyişikliklər idarəetmədə çevikliyi, hesabatlılığı və vətəndaş məmnunluğunu təmin edir. Bu islahatlar dövlətin institusional gücünü artırmaqla yanaşı, cəmiyyətin dövlətə inamını daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən vurğuladığı kimi, bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti və dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.
Bu xüsusda, qeyd etmək lazımdır ki, ölkəmizin hər bölgəsində elektrik enerjisi təminatı üçün infrastrukturun yenilənməsi həyata keçirilib. Avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində işlər uğurla reallaşdırılır. Şəhər və rayonlarda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yeni nəqliyyat qovşaqlarının, yolların, körpülərin modernləşdirilməsi və tikintisi  sahələrində əsaslı işlər görülür. Həmçinin məktəb, xəstəxana və sosial obyektlərin inşası uğurla davam etdirilir.

Dövlətimizin başçısı bölgələrdə iş yerlərinin yaradılmasını daim xüsusi diqqət mərkəzində saxlayır. Xüsusən özəl sektor tərəfində bölgələrdə yeni müəssisələrin yaradılması mühüm önəm kəsb edir. Bu baxımdan dövlətimiz sahibkarlığa dəstək və özünüməşğulluq proqramlarının genişləndirilməsi üzrə davamlı işlər həyata keçirir.

Təbii ki, bölgələrimizin inkişafında kənd təsərrüfatı sektoru önəmli rola malikdir. Bu sahənin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, infrastrukturun genişləndirilməsi, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması, innovativ və qabaqcıl texnologiyaların tətbiqi üzrə önəmli addımlar atılır.

Bölgələrimizdə müasir turizm infrastrukturunun yaradılması, xidmət sahələrinin təkmilləşdirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətlərində görülən işlər bu sahəyə göstərilən diqqətin bariz təzahürüdür. Ümumilikdə, sistemli şəkildə reallaşdırılan layihələr bölgələrin canlanmasını, dayanıqlı inkişafını təmin edir  səbəb olub.

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Magistral yollar tamamilə müasir standartlara cavab verir

Növbəti xəbər

Vandalizmdən dirçəlişə doğru

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

1 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

3 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

12 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

2 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Vandalizmdən dirçəlişə doğru

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

1 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

1 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

1 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

3 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.