İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Magistral yollar tamamilə müasir standartlara cavab verir

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, hər bir hökumətin xüsusi diqqət yetirdiyi sahələrdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Məşğulluq əhalinin sosial təminatında və firavan yaşamasında önəmli rol oynayır. O üzdən, bu sahədən yan keçmək, sadəcə, mümkün deyil. Azərbaycanda da dövlət siyasətinin əsas istiqamətlərindən biri əhalinin sosial müdafiəsidir. Məşğulluğun təmin edilməsi isə sosial müdafiənin ən etibarlı formasıdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılmasının əhəmiyyətini vurğulamış və bu istiqamətdə konkret qərarlar qəbul etmiş, əməli addımlar atmışdır.  Nəticədə, ölkəmizdə icra edilən sosial-iqtisadi islahatlarda əhalinin əmək fəaliyyətinin təmin edilməsi mühüm məsələ kimi önə çıxmışdır. Azərbaycanda məşğulluq könüllülük prinsipinə əsaslanmışdır. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Bu gün əhalinin məşğulluğunun daha çox təmin edilməsi üçün yeni formalardan istifadə olunur, müxtəlif layihələr çərçivəsində beynəlxalq qurumlarla əməkdaşlıq edilir. Və bütün bunlar təbii ki, nəticəsiz qalmır.

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən qeyd edib ki,  Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb, lakin bölgələrdən böyük şəhərlərə miqrasiya hələ də mövcuddur. İstənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Əhalinin ölkəmizin qanunvericiliyinə zidd olmayan, şəxsi və ictimai tələbatlarının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq qazanc gətirən hər hansı bir fəaliyyətlə məşğul olması onların yaşayış mənbəyi olub, sosial əmin-amanlığın mühüm şərtlərindən birini təşkil edir. İnsanın öz həyat şəraitini yaxşılaşdırması üçün işlə təmin olunması, yəni məşğulluğu vacibdir. Əmək şəraiti və məşğulluq sosial sahənin əsas qolunu təşkil etməklə bilavasitə sosial siyasətin reallaşdığı müstəvidir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində məşğulluq siyasəti, işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının inkişaf etdirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətini təşkil etmiş, hazırda bu siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daim diqqətdə saxlanılır. Son illər ölkə başçısının yeni, daimi iş yerlərinin açılmasını diqqətdə saxlaması bu prosesin uğurla həyata keçirildiyini təsdiqləyir.

Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.

Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir

Növbəti xəbər

Şəhər, qəsəbə və kəndlərimizin siması əsaslı şəkildə dəyişib

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

59 dəqiqə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

3 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

12 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

2 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı

Şəhər, qəsəbə və kəndlərimizin siması əsaslı şəkildə dəyişib

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

55 dəqiqə əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

59 dəqiqə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

1 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

3 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.