İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü onları yeni qələbələrə ruhlandırır

3 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü, onları əldə olunan qələbələr münasibətilə şəxsən təbrik etməsi dövlətimiz tərəfindən idmanın inkişafına və idmançılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu, eyni zamanda, idmançılarımızı yeni uğurlara, qələbələrə ruhlandırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan güləşçilərinin Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qazandığı uğur ölkəmizdə idmanın sistemli inkişafının parlaq təzahürüdür. Gərgin idman mübarizəsi şəraitində əldə olunan bu nəticə bir daha sübut edir ki, Azərbaycan idmançıları beynəlxalq arenada yüksək peşəkarlıq nümayiş etdirir və lider mövqelərini qoruyurlar.

“Təbii ki, Azərbaycan bayrağının beynəlxalq yarışlarda ucaldılması hər bir azərbaycanlıya qürur hissi yaşadır. Beynəlxalq arenalarda qazanılan qələbələr bizim milli həmrəyliyimizi daha da gücləndirir. Bu uğurlar Vətənə, dövlətə bağlı gənclərin formalaşması işinə də mühüm töhfələr verir”, – deyə komitə sədri bildirib.

O qeyd edib ki, ölkəmizdə nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə təşkili, yaradılan müasir infrastruktur və idmançılara göstərilən dəstək Azərbaycanda idmanın kütləviliyini daha da artırıb. Bu gün Azərbaycan beynəlxalq idman mərkəzlərindən birinə çevrilib. Ötən illərdə regionlarımızda idman infrastrukturunun qurulması, o cümlədən Olimpiya İdman komplekslərinin, idman zallarının, stadionların tikilməsi və bərpası ölkəmizin idman potensialını daha da gücləndirib. Bu infrastruktur gənc istedadların aşkar olunması və peşəkar səviyyədə hazırlanması üçün geniş imkanlar açır.

“Bir sözlə, dövlətimizin uğurlu siyasəti, hərtərəfli qayğısı nəticəsində Azərbaycan idmanı dayanıqlı inkişaf yolundadır. Davamlı nailiyyətlərimiz bu sahədəki sistemli və düzgün yanaşmanın göstəricisidir. Bu gün əldə olunan nailiyyətlər gələcək uğurlar üçün də möhkəm zəmin yaradır”, – deyə komitə sədri vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Əgər həqiqətən tərəfdarısınıza, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışını dəstəkləyin – Deputat

Növbəti xəbər

“Səhər şirinçayı”nızla Qətnamə qəbulunuz arasında 1-cə saatlıq məsafə olub!” – Deputatdan Avropa Parlamentinə

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
“Özünüzü dolamısınız, yoxsa bizi?!”

“Səhər şirinçayı”nızla Qətnamə qəbulunuz arasında 1-cə saatlıq məsafə olub!” - Deputatdan Avropa Parlamentinə

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.