İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Səhər şirinçayı”nızla Qətnamə qəbulunuz arasında 1-cə saatlıq məsafə olub!” – Deputatdan Avropa Parlamentinə

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Düşünürəm, Avropa Parlamentinin nizamnaməsini, əsasnaməsini yenidən, səhifə – səhifə oxumaq, oradakı bütün müddəaları ciddi – ciddi incələmək lazımdır. Niyə?! – Çünki artıq məndə əminlik yaranıb ki, həmin sənədlərdə və ya təşkilatın hərəki prioritetləri əks olunan digər “yol xəritələri”ndə Azərbaycanla bağlı nəsə xüsusi bir maddə, göstəriş, imperativ norma var. Məsələn; Kvartalda bir dəfə Azərbaycana hücum etmək, Azərbaycana iftira atmaq, Azərbaycanın əsəbləri ilə oynamaq və sair, ilaxır.

Yoxsa niyə belə olsun ki?

Səhər o başdan ayılırlar, gözlərinin kirini silməmiş təcili iclas çağırırlar və 45 dəqiqə içində əvvəldən hazırlanmış qərəzli materialı (üstəlik, müzakirəsiz – filansız) səsverməyə çıxararaq qəbul edirlər.

Riyakarca. Vicdansızca. Məntiqsizcə. Biabırcasına…

Və sonra sorğu göndərirsən, sual verirsən, əsas (mənbə, istinad) istəyirsən – gözlərini döyürlər.

Yenə də riyakarca, vicdansızca, məntiqsizcə, biabırcasına…

Görün nə deyir, nə tələb edir, nə “qırıldadır”, Avropalı “makler”lər;

1) “Hərbi əsir”ləri azadlığa buraxın.

Hansı “hərbi əsir”ləri?!

Söhbət davamlı müharibə cinayətləri, amansız qətliamlar, sistemli vandalizm aktları törədən insanlardan gedir?

A bəylər, a cənablar, a informasiyanı 6 – cı, 7 – ci “əl”dən alan dünyadan bixəbərlər!

Barı sənədin altına imzanızı qoymadan, məsələyə münasibət bildirmədən öncə haqqında bəhs olunan şəxslərin tərcümeyi – halını, cinayət dosyesini, ifadələrini oxuyun da…

Oxuyun və bilin: Adamlar məhkəmədə dil – dil ötərək etiraf(lar)da bulunublar və hələ bizim bəzi bilmədiklərimizi də həmin etiraflara əlavə ediblər. Ki, bəli, filan əməllərin, cinayətlətin baiskarıyıq və bunu boynumuza alırıq.

2. Dağlıq Qarabağ erməniləri maneəsiz və ləyaqətli şəkildə geri qaytarılsın.

Öz də qayıtsın da yox e, qaytarılsın!

Neyləyək, pişvazlarına maşın göndərək? Elçi göndərək? Müşaiətçi göndərək? Mühafizə göndərək?

Azərbaycan nə zaman deyib ki, qayıdış mümkün deyil? Azərbaycan nə zaman birgəyaşayışın əleyhinə olub, nə vaxt buna qarşı çıxıb?

– Heç zaman…

Amma, görürsüz, bundan da xəbəriniz yoxdur. Və ola da bilməz.

Çünki “səhər şirinçayı”nızla Qətnamə qəbulunuz arasındakı məsafə 1saat olub!

Çünki tapşırıq, göstəriş, əmr necə təcili gəlibsə, başınızı itirmisiniz!

Çünki bir sənədi oxumadan, təhlil etmədən (sadəcə) düymə basan və notariatçı funksiyasını həyata keçirən hərdəmxəyallardan zatən bundan artığını gözləməyə dəyməz.

3. Mədəni irsin məhv edilməsi dayandırılsın.

Bax, bu artıq oldu – özünüifşa, tragikomediya, rəzilliyin “everesti”, “Axırıncı yol”.

Niyə?! Ona görə ki, sizin hələ xəbəriniz belə yoxdur: Bu torpaqların əbədiyyən Azərbaycana aid, məxsus olmasına rəğmən, 30 il işğal altında qalmasından. Məscidlərdə donuzların saxlanmasından. Tarixi abidələrin, binaların, hətta qəbirlərin (!) məhz erməni tərəfindən dağıdılmasından, viran qoyulmasından.

Nəhayət, ən sonda…

Sizə sual ünvanlamaq istəyirəm, ay Qətnamənin müəllifləri, ay “yaşıllar”, ay sosialistlər, ay demokratlar, ay Don və Cek “müəllimlər”!

Əgər Ermənistanın siyasi rəhbərliyi “hərbi əsir”, “ləyaqətli qayıdış”, “mədəni irsin məhvi” kəlmələrini dilinə gətirmirsə, belə bir iddia irəli sürmürsə, rəsmi Bakını məlum mövzularda ittiham etmirsə, o zaman siz niyə yuyulmamış çömçə kimi ortalığa atılmısınız? Siz niyə özünüzə əl qatmısınız? Siz niyə təlaşdasınız?

Dahamı “ağıllısınız”? Dahamı məlumatlısız? Dahamı cəfakeşsiniz?

Papadan dahamı artıq kotoliksiniz?!

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü onları yeni qələbələrə ruhlandırır

Növbəti xəbər

Abşeron komandası böyük uğura imza atıb

Əlaqədar Xəbərlər

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

2 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

2 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

16 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

23 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq

3 gün əvvəl
Növbəti xəbər
Abşeron komandası böyük uğura imza atıb

Abşeron komandası böyük uğura imza atıb

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

2 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

2 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

16 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

23 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.