İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Əgər həqiqətən tərəfdarısınıza, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışını dəstəkləyin – Deputat

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Avropa Parlamentində qəbul edilmiş məlum sənəd bir daha göstərir ki, bu qurumun müəyyən dairələri Cənubi Qafqaz reallıqlarına obyektiv və balanslı yanaşmaq əvəzinə, siyasi qərəz və selektiv yanaşma nümayiş etdirməkdə davam edir.

Ölkə.az xəbər verir ki, bunu deputat Şahin İsmayılov parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, ilk növbədə, Ermənistanla bağlı sənəddə Azərbaycan adının davamlı şəkildə neqativ kontekstdə hallandırılması tamamilə məntiqsiz və absurddur: “Söhbət Ermənistan siyasətinə həsr edilmiş sənəddən gedirsə, bu sənədin Azərbaycan əleyhinə siyasi platformaya çevrilməsi qəbulolunmazdır. Bu yanaşma sənədin siyasi motivli olduğunu açıq şəkildə ortaya qoyur.

İkinci mühüm məqam ondan ibarətdir ki, regionda uzun illər davam etmiş münaqişə artıq başa çatmışdır. Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bugünkü reallıq post-münaqişə dövrüdür. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh sazişi istiqamətində intensiv proses gedir. Belə bir həssas mərhələdə Avropa Parlamentinin birtərəfli və təxribat xarakterli bəyanatları sülh gündəminə xidmət etmir, əksinə regionda etimad mühitinə zərbə vurur.

Xüsusilə vurğulamaq lazımdır ki, hesabatda “təhlükəsiz, maneəsiz və ləyaqətli geri dönüş” hüququndan bəhs edilirsə, bu prinsip selektiv tətbiq edilə bilməz. Onilliklər ərzində Ermənistan ərazisindən sistemli şəkildə qovulmuş yüz minlərlə Qərbi azərbaycanlının hüquqları niyə görməzdən gəlinir? Əgər həqiqətən insan hüquqları, mülkiyyət hüququ və ləyaqətli geri dönüş prinsipləri müdafiə olunursa, onda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı da eyni beynəlxalq hüquqi və mənəvi çərçivədə dəstəklənməlidir.

Bu məsələdə ikili standartlar açıq görünür: bir tərəfin hüquqları davamlı vurğulanır, digər tərəfin fundamental hüquqları isə sistemli şəkildə susdurulur. Belə selektiv yanaşma insan hüquqları ideyasının özünü siyasiləşdirir və onun legitimliyinə xələl gətirir.

Avropa Parlamentinin bəzi dairələrinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi təəssübkeş fəaliyyət artıq yeni deyil. Uzun illər ərzində Azərbaycanın üzləşdiyi işğal, etnik təmizləmə, bir milyona yaxın məcburi köçkün problemi və mədəni irsin dağıdılması eyni həssaslıqla gündəmə gətirilməmişdir. Bu gün isə regionda yeni status-kvo formalaşdığı bir vaxtda birtərəfli yanaşmaların davam etməsi ciddi suallar doğurur”.

Deputat hesab edir ki, Cənubi Qafqazın gələcəyi qarşıdurma ritorikası ilə yox, qarşılıqlı suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması və real sülh gündəliyi üzərində qurulmalıdır:

“Bu baxımdan, Avropa Parlamentini regiona dair mövqeyini emosional və siyasi simpatiyalar əsasında yox, beynəlxalq hüquq, obyektivlik və balans prinsipləri əsasında yenidən nəzərdən keçirməyə çağırırıq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

Növbəti xəbər

Şahin İsmayılov: Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü onları yeni qələbələrə ruhlandırır

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

Şahin İsmayılov: Prezident İlham Əliyevin ənənəvi olaraq idmançılarla görüşü onları yeni qələbələrə ruhlandırır

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.