İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

6 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəldilməsi qardaş ölkələrimiz arasında tarixi, mədəni və mənəvi bağlılıqlar əsasında formalaşmış əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya Azərbaycanın gücünün, qüdrətinin şahidi oldu. Eyni zamanda, Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi xalqlarımız arasındakı sarsılmaz birliyin göstəricisi idi”, – deyə komitə sədri vurğulayıb.

Şahin İsmayılov qeyd edib ki, Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələrimizin, xalqlarımızın maraq və mənafelərinə xidmət edir. Siyasi, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən sənəd ölkələrimizin bütün bu istiqamətlər üzrə ortaq maraqlarının qorunmasında vahid mövqeyini nümayiş etdirir.

Ölkələrimiz arasındakı münasibətlərin davamlı inkişafını təmin edən Bəyannamənin, həmçinin regional və beynəlxalq təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyən Ş.İsmayılov deyib: “Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın və Türkiyənin regionda sülhün, sabitliyin və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni təhlükəsizlik arxitekturasının formalaşmasında fəal rol oynadıqlarını göstərdi. Təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı sənəddə əksini tapan ortaq müdafiə mexanizmləri ölkələrimizin suverenliyi və milli maraqlarının etibarlı şəkildə qorunmasına xidmət edir. Bu, təbii ki, Ermənistandakı revanşist qüvvələrə açıq mesaj olmalıdır”.

Ölkələrimizin Türk dünyasının birlik və rifahına xidmət edən önəmli səylər göstərdiklərini vurğulayan komitə sədri müttəfiqlik səviyyəsində qurulan Azərbaycan–Türkiyə münasibətlərinin Türk dünyası ölkələrinin həmrəyliyinin gücləndirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında formalaşan müttəfiqlik modeli Türk dünyasının beynəlxalq aləmdə vahid mövqe ilə çıxış etməsi, ortaq maraqların qorunması və daha güclü geosiyasi aktora çevrilməsi baxımından nümunəvi təcrübədir.

Bəyannamənin qardaş ölkələr arasında münasibətlərin gələcəyinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edən Şahin İsmayılov bildirib: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin uzunmüddətli perspektivdə daha da dərinləşməsinə, eləcə də regional əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

Növbəti xəbər

Tarixi missiyanın başlanğıcı

Əlaqədar Xəbərlər

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

4 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

1 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Artıq Ağdam öz sahiblərinə qovuşub

1 ay əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

1 ay əvvəl
Növbəti xəbər
Sözü və əməli bir olan Lider

Tarixi missiyanın başlanğıcı

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

4 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.