İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 İyul, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin həyata keçirilməsində daima onun yanındadırlar.

Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar.

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.

Ulu öndər 25 iyun 2002-ci il  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətini təbrik edərkən bu sözləri vurğulamışdı;

“Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq.” Zaman yetişdi bu belə də oldu.

İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin “Dəmir yumruq”-u ətrafında sıx birləşdilər.

Ümummilli lider Heydər Əliyevin zəngin ictimai–siyasi fəaliyyətində elmə, təhsilə qayğı daim mühüm yer tutmuşdur. Ulu öndər dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqətlə yanaşmış, xalqın intellektual gələcəyinin birinci növbədə onun elmi səviyyəsi ilə bağlı olduğunu qeyd etmişdir. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur.

Ulu öndər Azərbaycan təhsilinin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi məsələsinə böyük önəm verir, pedaqoji kollektivlərlə görüşlərində bu fikirləri dönə–dönə vurğulayırdı: “Bilik səviyyəsinə nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir.

Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub.

“Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”

Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir.

Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailə, vətən və cəmiyyəti qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qarabağda təhlükəsizliyin qrantı

Növbəti xəbər

Azərbaycan gəncliyi Xalqımızın Ümummilli Liderinin görmək istədiyi kimi yetişib və bu bəşəri missiya davam edəcək

Əlaqədar Xəbərlər

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi
Heydər Əliyev İli

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi

1 il əvvəl
Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir
Heydər Əliyev İli

Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir

1 il əvvəl
“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı
Heydər Əliyev İli

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

2 il əvvəl
ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub
Heydər Əliyev İli

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

2 il əvvəl
YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib
Heydər Əliyev İli

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

2 il əvvəl
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib
Heydər Əliyev İli

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib

2 il əvvəl
Növbəti xəbər
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib

Azərbaycan gəncliyi Xalqımızın Ümummilli Liderinin görmək istədiyi kimi yetişib və bu bəşəri missiya davam edəcək

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

3 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.