İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
10 İyul, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Müşfiq Səfərov: Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur
Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşü tarixi mahiyyət daşıyır. Bir daha gördük ki, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.

Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz
arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar.

Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM-ın tikintisində fəal iştirak ediblər. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi.

Tarixi faktlar və reallıqlar göstərir ki, hər bir dövlətin müstəqillik əldə etməsi və inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir.

İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür.

Təsadüfi deyil ki, BAM-ın artıq yaşa dolmuş inşaatçıları bu gün Heydər Əliyevi minnətdarlıqla yad edirlər. İki dəfə Rusiya Federasiyasının nəqliyyat yolları naziri olmuş Gennadi Fadeyev deyir: “Onu vurğulamaq istəyirəm ki, biz Heydər Əlirza oğlu haqqında danışanda insanlarda belə bir təəssüratın yarandığını görürük: o, insanları çox sevən insan idi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi. Yalnız hansısa yekun məqamda o, təkrarən zəruri mövzuya yenidən qayıdar, işin daha səmərəli olması üçün sabah nə ediləcəyini və digər məsələləri düşünərdi. Onunla şəxsən tanış olmaq şərəfinə nail olmuşam. Məsələ Nəqliyyat Yolları Nazirliyindəki kadrlarla bağlı idi. O, nəqliyyat sahəsinə də rəhbərlik etdiyi üçün məni onun yanına göndərdilər. Biz burada, Kremldə əyləşmişdik. İnsana dövlət məmuru kimi yox, məhz əsl insan kimi yanaşırdı, nə üçün gəldiyini, narahatlığının nədən ibarət olduğunu soruşurdu, insanla həqiqətən maraqlanırdı…Baykal-Amur Magistralının tikintisinə kimin daha çox töhfə verdiyi barədə danışanda, əlbəttə ki, orada bir çox mütəxəssisin, alimin və digərlərinin çalışdığından bəhs edirik. Ancaq təcrübəm, həyat yolum onu deməyə imkan verir ki, Heydər Əlirza oğlu BAM-a nəzarət edən rəhbərlərin ən yaxşısı idi. O, mahiyyət etibarilə, BAM-ın həyata keçirilməsinə nail oldu. O illərin necə çətin olduğunu xatırlayarsınız, həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi.” Qeyd edək ki, BAM-ın tikintisinə Azərbaycandan da minlərlə gənc yollanmışdı. Ulu Öndərin dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar magistralın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə – Ulkan və Anqoyanı salmışlar. Hazırda həmyerlilərimiz Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində də iştirak edirlər. Yeri gəlmişkən: Rusiya mətbuatının yazdığına görə, 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.

Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici ölkələrə ixrac edilir. Şimal qonşumuzun əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları BAM boyunca yerləşir və bunların daşınmasında, ixracında, eləcə də yerli xalqların sosial vəziyyətinin inkişafında bu magistral böyük rol oynayır.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır

Növbəti xəbər

Bundan başqa, Heydər Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində bəzi dövlətlərlə yaranmış əsassız gərginliklər aradan götürüldü

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

7 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

7 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

9 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

9 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

9 ay əvvəl
Növbəti xəbər
Bundan başqa, Heydər Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində bəzi dövlətlərlə yaranmış əsassız gərginliklər aradan götürüldü

Bundan başqa, Heydər Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində bəzi dövlətlərlə yaranmış əsassız gərginliklər aradan götürüldü

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

3 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.