İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

Ermənistanın sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədləri ilə bağlıdır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur ki, Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiyası-demarkasiyası prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədləri ilə bağlıdır. Ermənistanda hesab edirlər ki, indiki şəraitdə sülh müqaviləsinin imzalanması onlar üçün əlverişli deyil. Yəni, hər hansı bir sənədi imzalasalar, həmin sənəd Ermənistanın üzərinə beynəlxalq və ikitərəfli hüquqi öhdəliklər qoyacaq. Həmin öhdəliklərin pozulması isə yeni bir şərait yaradacaq. Ona görə də, Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmir, delimitasiya-demarkasiya və sazişin sülh sazişinin imzalanması prosesini yubadır. Burada da Ermənistan konkret məkrli məqsəd güdür. Təbii ki, Ermənistan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir. Ermənistan dövləti hesab edir ki, həmin müharibədə Rusiya məğlub olacaq. Nəticədə, Rusiyada ermənipərəst bir şəxs ölkə rəhbəri olacaq və Ermənistan ona arxalanaraq yenidən özünün təcavüzkarlıq hərəkətlərini davam etdirəcək. Ermənistan indiki şəraiti özü üçün əlverişsiz hesab etdiyi üçün bu prosesi zamana buraxır. Bu səbəbdən də, Ermənistan əlverişli zamanın gəlməsini gözləyir. Bu vəziyyət Ermənistan üçün çox fəlakətlə nəticələnə bilər, çünki heç bir dövlət Ermənistanı sona qədər müdafiə etməyəcək və heç bir ölkədə analar öz övladlarını erməni avantürası uğrunda ölməyə göndərməyəcək. Ermənistan başa düşməlidir ki, onun rahat yaşamasının, inkişafının başlıca yolu qonşularla dil tapıb yaşamaqdan keçir. Kənardan üçüncü qüvvələrin regiona gətirilməsi həmişə Ermənistanın başına fəlakətlər gətirib. Regiondan kənar və ya regiona qonşu olan dövlətlər də əgər gərçəkdən sülh istəyirlərsə, Ermənistana təzyiqlər etməlidirlər, amma onların da bir çoxu bu təzyiqləri etmir. Bəziləri bu regionda nifaq yaradaraq qalmaq istəyirlər, bəziləri də, onun vasitəsilə bu regiona soxulmaq istəyirlər. Yoxsa, Ermənistanla Azərbaycan baş-başa qalarlarsa, Ermənistan müstəqil olarsa və gələcəyinin nədə olduğunu düzgün müəyyənləşdirərsə, o zaman Cənubi Qafqazda problemlər də olmaz. Ermənistanın hazırda götürdüyü xətt isə yanlışdır və onu birbaşa faciələrə aparacaq.
Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı təxribatlar törədilir. Biz həm də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq. Sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir, çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz, Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik, təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə. Ermənistan tərəfi isə, burada bəlli ilkin şərtlər irəli sürməyə çalışır ki, onlar da qəbul edilməsi qeyri-mümkündür. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır.

Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir” – Sabit Mehdiyev

Növbəti xəbər

Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

8 ay əvvəl
Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

8 ay əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

1 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

1 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

1 il əvvəl
Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib
Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

1 il əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

13 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

13 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

13 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

13 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.