İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Çin iqtisadiyyatı sabitdir və sürətlə inkişaf edir

10 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, Çin Xalq Respublikası ilə münasibətlər Azərbaycan Respublikası üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Dünyanın sürətlə böyüyən ölkəsi ilə münasibətlərin inkişaf etdirilməsi, bundan başqa, beynəlxalq təşkilatlarda nüfuzu getdikcə artan Çin Xalq Respublikası ilə əlaqələrin gücləndirilməsi Azərbaycan Respublikasının da xüsusi əhəmiyyət verdiyi məsələlərdən biridir. Bir sözlə, hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur. Buna görə də, hər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin intensivliyi tərəflərin milli maraqlarına uyğun inkişaf edir. Təbii ki, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür. Ölkəmizlə siyasi dostluğa, iqtisadi əməkdaşlığa böyük önəm verən belə dünya dövlətlərindən biri də dünyanın siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Çin Xalq Respublikasıdır.

Bildiyimiz kimi, Çin Xalq Respublikası müstəqilliyimizi 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə, 2 aprel 1992-ci ildə qurulmuşdur. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də, çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq edirlər. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin Çinə uğurlu səfərindən sonra, iki ölkə arasında münasibətlər intensivləşmiş və əlaqələrin spektri genişlənmişdir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. Həmin vaxtdan indiyə qədər dövlətlərarası əlaqələrimiz çox uğurla inkişaf edir. Bu gün, Azərbaycan və Çin dost ölkələrdir və hər iki ölkə arasında fəal siyasi təmaslar mövcuddur, bu əlaqələr davamlı olaraq həyata keçirilir. Ölkə Prezidenti, cənab İlham Əliyevin Çinə rəsmi səfərləri də, ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq edir.

Artıq, 30 ildən çox müddət ərzində davam edən siyasi münasibətlər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının biri-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan Azərbaycan Respublikası, Çin Xalq Respublikası ilə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olmuşdur. Ölkə Prezidenti, cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü ən böyük işlərdən biri də, Azərbaycanı tranzit-nəqliyyat və logistik bir mərkəzə çevirməkdir. Əlbəttə ki, bu məqsədə çatmaq üçün dünyanın ən mühüm beynəlxalq nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olan Çinlə əlaqələr ölkəmiz üçün çox vacibdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyir. Artıq, Orta Dəhlizlə bağlı nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Xəzər dənizində ən böyük ticarət limanlarından biri, məhz ölkəmizə məxsusdur. Yeni avtomobil yollarının, hava limanlarının inşası, dəmir yolu xətlərinin çəkilməsi, eləcə də, tranzit nəqliyyatın, beynəlxalq yükdaşımaların ölkəmizin ərazisində ən təhlükəsiz və yüksək səviyyədə təşkil olunması Azərbaycanı həm Şimal-Cənub, həm də, Şərq-Qərb marşurutunun ən qabaqcıl ölkələrindən birinə çevirmişdir. Çinlə əlaqələr Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır və hər iki dövlət arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi, rifahı naminə uğurla inkişaf edəcək, güclənəcəkdir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir

Növbəti xəbər

“Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

Əlaqədar Xəbərlər

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

2 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

4 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

1 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Artıq Ağdam öz sahiblərinə qovuşub

1 ay əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

1 ay əvvəl
Növbəti xəbər
“Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

“Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

6 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.