İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 May, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirləri yer alıb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub.

Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələri bir ailə kimi yaşamışdırlar. Ölkəmizdə yaşayan bütün xalqın nümayəndələri heç zaman bir-biriləri arasında ayrı-seçkilik hiss etməmişdirlər. Azərbaycan zəngin bir ölkədir. Bu zənginlik Azərbaycanın əsrlər boyu milli-mədəni mühitinin formalaşdığı, ayrı-ayrı xalqların və konfenssiyalarının nümayəndələrinin sülh, əmin-amanlıq, bir-birini anlaması və yaxşı şəraitdə yaşaması çoxkonfessiyalı ölkə kimi dünyada tanınmışdır. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir.  Ölkəmiz çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır.Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır.Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır.Tolerantlıq səviyyəsi və Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Prezident cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində  onu da vurğuladı ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Ölkə başçısı müsahibəsində onu da bildirdi ki, Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verilən bəyanat və sonradan atılan addımlar göstərdi ki, Azərbaycan tərəfi istəyirdi ki, onlar qalsınlar. Bunun üçün Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar.

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa-quruculuq və “Böyük Qayıdış” proqramının icrası ilə bağlı danışan Azərbaycan Lideri, hətta işğal dövründə də iqtisadiyyatımızın inkişaf etdiyini vurğuladı. Tam əminliklə demək olar ki dünyada ikinci belə bir nümunəyə rast gəlmək mümkün deyildir. Əlbəttə, bütün bunlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Kərimli suverenliyini təmin etmiş Azərbaycanın qalibiyyəti ilə hələ də barışa bilməyib

Növbəti xəbər

Boykot yoxsa riyakarlıq?!

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

4 saat əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

5 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

5 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

7 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

7 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

7 ay əvvəl
Növbəti xəbər
Boykot yoxsa riyakarlıq?!

Boykot yoxsa riyakarlıq?!

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

4 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

4 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

4 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.