İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Şahin İsmayılov: Kərimli suverenliyini təmin etmiş Azərbaycanın qalibiyyəti ilə hələ də barışa bilməyib

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Dekabrın 16-da bir qrup dırnaqarası siyasətçi daha bir biabırçı layihə keçirib. Bəli, layihə. Qrant aldıqları “təəssübkeş”lərə hesabat vermək məqsədilə hazırlanmış sirk tamaşası da deyə bilərik. Özünü müxalifət adlandıran Əli Kərimli və onun dəstəsinin məntiqsiz fikirləri heç kimə maraqlı deyil. Niyə? Çünki, xalqın gözü tərəzidir. Azərbaycan xalqı Əli Kərimlinin kimliyini də, Azərbaycanı qalib edən böyük siyasətçinin xidmətlərini də yaxşı bilir. Əgər Əli Kərimli xalqını sevəndirsə, gəlsin Azərbaycan xalqına böyük qələbələr yaşadan şəxslərə təşəkkürünü bildirsin”.

Bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov “ictimai.az”a AXCP-nin 16 dekabr tarixli bəyanatına münasibət bildirərkən deyib.

“Kərimli yaxşı bilir ki, seçkilərə qatılsa biabırçı şəkildə uduzacaq. Alternativ variant kimi manipulyasiyanı seçir. Lakin, bir şeyi unudub ki, onun bu cəhdi də seçkilərdəki şansı kimi fiaskoya uğrayacaq. Deyəsən, Kərimli suverenliyini təmin etmiş Azərbaycanın qalibiyyəti ilə hələ də barışa bilməyib. Axı, 30 il sonra alınan torpaqların itirilməsində böyük xidmətləri olmuşdu.

Sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina etməyin əsas səbəbi odur ki, Kərimli heç bir nüfuza sahib olmadığını, seçkilərdə birabırçı şəkildə uduzacağını və havadarlarının qarşısında pis vəziyyətə düşəcəyini yaxşı bilir. Belə olan halda hiyləgərliyə əl atır və siyasi karyerası üçün bir ümid yeri axtarır. Bu da onu ölkəmizin gücünü həzm edə bilməyən müxtəlif siyasi qüvvələrin sifarişlərini yerinə yetirmək kimi çirkin missiyanın icrasına şövq edir. Beləliklə, Əli Kərimli Azərbaycan xalqına qarşı çirkin əməllərini sevə-sevə həyata keçirir. Müstəqilliyimizin bərpasının ilk illərində olduğu kimi. Fərq isə yalnız ondadır ki, o zaman eyni hədəfə hakimiyyətdə xidmət edirdi, indi isə müxalifət düşərgəsində.

Sonda onu da vurğulamaq lazımdır ki, Əli Kərimli həm də xaraktersiz xarakterdir –   Müstəqilliyin itirilməsi təhdidi, səriştəsizlik, pozuculuq, xainlik, xəyanət və s. bu kimi çoxlu neqativ xarakteristikaları özündə birləşdirən cılız siyasi obraz. Kərimlinin sadiqliyi və xidmətləri yalnız Azərbaycana qarşı təxribat hazırlayan pozucu qüvvələr qarşısındadır. Müdrik Azərbaycan xalqı onu deyil, özünün əsl xarizmatik liderini dəstəkləyəcək. Əli Kərimli və onun donorlarının arzusu ürəyində qalacaq. Çünki, Azərbaycanda xalq-iqtidar birliyi yüksək səviyyədədir. Xalq öz liderini sevir və hər zaman dəstəkləyəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır

Növbəti xəbər

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

8 saat əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

3 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.