İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün daha tarixi günlərdən birini yaşayırıq! Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! Bu münasibətlə bütün Kəlbəcərliləri, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var.

Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər geri qaytarıldı.

Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.

Kəlbəcər işğaldan azad edildikdən sonra Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlər və digər bərpa işləri görülməkdədir.

Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılmaqdadır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

Növbəti xəbər

“Bu, Azərbaycanın daha ciddi aktora çevrilməsi ilə nəticələnəcək” – Şahin İsmayılov

Əlaqədar Xəbərlər

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

1 gün əvvəl
“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

1 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

4 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri aqrar inkişaf strategiyasının mühüm hissəsidir”

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycan növbəti dəfə ermənilərin və havadarlarının çirkin oyunlarını ifşa etdi – AÇIQLAMA

"Bu, Azərbaycanın daha ciddi aktora çevrilməsi ilə nəticələnəcək" - Şahin İsmayılov

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

1 gün əvvəl
“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

1 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

4 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri aqrar inkişaf strategiyasının mühüm hissəsidir”

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.