İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Bu, Azərbaycanın daha ciddi aktora çevrilməsi ilə nəticələnəcək” – Şahin İsmayılov

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi və ölkəmizin ona təkcə ev sahibliyi yox, həm də sədrlik etməsi qlobal geosiyasi dəyişikliklər, o cümlədən son vaxtlarda bölgədə baş verən proseslər fonunda  çox mühüm əhəmiyyət kəsb edir.

Birincisi,  Zirvə görüşünün keçirilməsi bir daha Azərbaycanın Şərqlə Qərb arasında  mühüm qapı rolu oynaması;

İkincisi, Azərbaycanın Cənubi Qafqazda, o cümlədən digər regionlarla daha etibarlı və sıx əməkdaşlıq münasibətlərinin  yaradılması baxımından necə əhəmiyyət kəsb edən ölkə olması;

Üçüncüsü, Azərbaycanın Avrasiya  və Afrika üçün necə əhəmiyyətli bir logistik qovşağın, həmçinin bu istiqamətdə ciddi səy göstərən ölkə olması baxımından mühüm əhəmiyyət kəsb edən olkə olması;

Dördüncüsü, Azərbaycan dünyada  hansı nüfuza və necə əhəmiyyətli rola malik olmasını beynəlxalq aləmə nümayiş etdirmiş oldu”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanən SPECA-ya sədrliyi ölkəmizin Avrasiya coğrafiyasdındakı ciddi aktorluq rolundan xəbər verir. “Çünki BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaranmasından 25-ci il keçsə də, SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfədir ki, keçirilir, özü də Bakıda. Bu Azərbaycanın  beynəlxalq aləmdəki nüfuzunun, həmçinin üzv dövlətlərlə hərtərəfli əlaqələrin həm ən yüksək səviyyədə , həm də  uğurla inkişaf etdiyinin göstəricisi kimi qiymətləndirilməlidir. Belə bir mötəbər toplantının Bakıda keçiirlməsi Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəkləndi və  nəticədə nəinki üzv dövlətlərin liderləri, həmçinin digər ölkələrdən ən yüksək səviyyədə fərxri qonaqlar iştirak etdi”, – o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yürüdülən xarici siyasətin əsas prioretetlərindən biridir: “Məhz bu məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında  həm ikitərəfli, həm çoxtərəli formatlarda çox sıx inteqrasiya olunmuş uğurlu əməkdaşlıq formatları qurulub və bu əməkdaşlıq hər ötən il getdikcə inkişaf etməkdədir. SPECA çərçivəsində əməkdaşlıq isə əlaqələrin hətərfəli qaydada inkişafına və dərinləşməsinə əlavə təkan verir.

Mərkəzi Asiya ilə əməkdaşlıq münasibətlərinin  daha sıx şəkildə inkişaf etməsi Azərbaycanın  dünyanın digər region ölkələri üçün daha cəlbedici ölkə roluna çevrilməsinə imkan yaradır. Bu da öz növbəsində Azərbaycanın baş verən geosiyasi proseslərdə daha ciddi aktor rolunda çıxış etməsinə geniş imkanlar yaradır.  Bu da nəticə etibarı ilə Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi, həm investisiya baxımından cəlbedici olması, həm də əhalinin sosial rifah halının, həm də bütövlükdə Cənubi Qafqazda  dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından  mühüm rol oynayır. Bütün bunlar təbii ki, cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, qətiyyətli, dünyada gedən qlobal çağrışlara  uyğun olaraq yürütdüyü  çevik siyasətin nəticəsidir.  Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Avrasiya coğrafiyasında həm enerji, həm logistik bir qovşağa çevrilib. Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliiyni təmin edərək, yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Elə bir inkişaf mərəhələsinə ki, dünyanın aparıcı gücləri və dövlətləri Azərbaycanla əməkdaşlıq etmək məcburiyyətində qalırlar.

Təbii ki, Azərbaycanın belə bir uğuru onu istəməyənləri, düşmənləri, anti-Azərbaycan qüvvələri ciddi narahat edir.  Onlar hər vasitə ilə Azərbaycanın uğurlarına kölgə salmaq, onu bu inkişafdan dayandırmaq, təsir altına alıb prosesləri özləri istədiyi kimi yürütmək üçün ən müxtəlif formalı təzyiq və təxribatçı metodlardan istifadə edirlər. Məqsəd  cənab Prezidentin Azərbaycan dövləti və xalqının milli maraqlarına uyğun yürütdüyü müstəqil siyasətə mane olmaqdır. Amma bütün bu cəhdlər nəticəsiz olacaq. Azərbaycan Prezidentinin qətiyyəti, cəsarəti, uzaqgörənliyi və siyasi iradəsi, çevikliyi nəticəsində bütün bu maneələr aşılacaq. Azərbaycan öz uğurlu inkişaf yolunu davam etdirib dünyanın ən yaxşı inkişaf etmiş ölkələrindən birinə çevriləcək.  Yürüdülən siyasət buna xidmət edir və  qəti əminik ki, cənab Prezidentin liderliyi altında Azərbaycanın dünyanın ən nüfuzlu ölkələrindən biri olacaq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

Növbəti xəbər

Bu görüş iştirakçı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaradacaq

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

5 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

1 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

1 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Bu görüş iştirakçı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaradacaq

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

8 saat əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

10 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

11 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.