İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
10 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

YAP nümayəndə heyəti rəsmi ziyafətdə iştirak edib

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 30-da Çin Xalq Respublikasının Uhan şəhərində “Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri” mövzusunda keçirilən təqdimat mərasiminin iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

Qonaqları salamlayan Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsi katibinin müavini, Hubey Əyaləti Xalq Hökumətinin qubernatoru Van Conlin Uhanın ev sahibliyi etdiyi tədbirin əhəmiyyətindən bəhs edib. O, postpandemiya dövründə daha sağlam bəşəriyyət və xoşbəxt gələcək naminə səylərin birləşdirilməsinin önəmli olduğunu bildirib.

Çin səciyyəli sosializm ideyası əsasında Hubeyin regional inkişaf nümunəsi yaratdığını söyləyən Van Conlin qazanılan təcrübənin dost ölkələrlə bölüşdürülməsinin və qarşılıqlı fikir mübadiləsi aparılmasının faydalı təşəbbüs olduğunu bildirərək tədbir iştirakçılarına minnətdarlıq ifadə edib.

Mərasimdə 30 ölkəni təmsil edən 170-dən çox nümayəndənin adından çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov belə bir mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə YAP nümayəndə heyəti adından təşəkkürünü bildirib. O, bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan müasir sosializm ideyasının Çin xalqının mənafeyinə xidmət etdiyini, Çin dövlətinin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını söyləyib. Tahir Budaqov Hubey Əyalətinin sürətli inkişafının yeni dövr Çin xüsusiyyətli sosializm ideyasının uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğunu qeyd edib: “Bugünkü tədbir də cənab Si Cinpinin yeni dövr üçün müəyyən etdiyi Çin xüsusiyyətli sosializm quruculuğu istiqamətində əldə olunan nailiyyətlərin və mövcud reallıqların təqdimatı, gələcəyə baxış kontekstində yeni yanaşmaların ortaya qoyulması, yeni hədəflərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir”.

Tahir Budaqov Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinin önəmindən bəhs edib, keçirilən görüşlərin faydalı və məhsuldar olduğunu diqqətə çatdırıb. “Səfər çərçivəsində istər Azərbaycan-Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi apardıq” ,- deyən YAP Sədrinin müavini Azərbaycan ilə Çin arasında müxtəlif sahələri əhatə edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib, 44 günlük Vətən müharibəsində qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan ölkəmizin regionda çoxşaxəli işbirliyinə və inkişafa xidmət edən təşəbbüslərindən bəhs edib, Zəngəzur dəhlizinin bütovlükdə Avrasiya üçün geostrateji əhəmiyyətini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əməkdaşlıq əlaqələrinin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bildirib.

Çin xüsusiyyətli sosializm ideyası əsasında görülən işlərin ölkənin qüdrətini daha da artıracağına inamını ifadə edən Tahir Budaqov Çin xalqına rifah, firavanlıq və əmin-amanlıq arzulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

BMT Şimali Koreyanın hərbi peyk buraxmasını pisləyib

Növbəti xəbər

Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

3 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

2 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 ay əvvəl
Növbəti xəbər
Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib

Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.