İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 30-da Çin Xalq Respublikasının (ÇXR) Hubey əyalətinin Uhan şəhərində Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq əlaqələr şöbəsinin və ÇKP-nin Hubey Əyalət Komitəsinin birgə təşkilatçılığı ilə “Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri” mövzusunda təqdimat mərasimi keçirilib.

Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mərasimdə iştirak edib.

30 ölkədən 170-dən çox nümayəndənin qatıldığı təqdimat mərasimində ÇKP-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Ciencao, Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsinin katibi, Hubey Əyalət Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Van Menhuyi və başqaları çıxış ediblər.

Çıxışlarda Çin Xalq Respublikasının inkişaf yolundan – qazandığı nailiyyətlərdən və qarşıda duran hədəflərdən ətraflı bəhs edilib. ÇXR-in Sədri, ÇKP-nin baş katibi Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının mahiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib. Bununla yanaşı, tədbirdə Çin modernizasiyasının səciyyəvi xüsusiyyətlərindən danışılıb. Qeyd edilib ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Modernləşmə sivil inkişaf yoludur, ona görə də müasir dövrdə beynəlxalq münasibətlər sistemində hegemonluq və diktə siyasəti qəbuledilməzdir.

Çıxışlarda, həmçinin Hubey əyalətinin sosial-iqtisadi göstəricilərinə nəzər salınıb, yerli resurslardan və yeni texnologiyalardan istifadə etməklə, səmərəli investisiya siyasəti həyata keçirməklə davamlı inkişafın təmin edildiyi qeyd olunub. Bildirilib ki, Hubeyin sürətli yüksəlişi Si Cinpinin Çin səciyyəli sosializm ideyalarının nailiyyəti və real nəticəsidir.

Daha sonra Hubey əyalətində müxtəlif sahələrdə gerçəkləşdirilən layihələr barədə videotəqdimat nümayiş olunub.

Həmin gün konfrans iştirakçıları Elm və Texnologiya üzrə Huayonq Universitetində olublar. Yüksək texnologiyalar sərgisinə baxış keçirən ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP nümayəndə heyəti rəsmi ziyafətdə iştirak edib

Növbəti xəbər

YAP Sədrinin müavini ÇKP-nin Uhan şəhər komitəsinin katibi ilə görüşüb

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
YAP Sədrinin müavini ÇKP-nin Uhan şəhər komitəsinin katibi ilə görüşüb

YAP Sədrinin müavini ÇKP-nin Uhan şəhər komitəsinin katibi ilə görüşüb

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

3 saat əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

1 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.