İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Xalqımız yenidən və bir daha xoşbəxt, firavan gələcəyinə səs verəcək

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar.​ Əlamətdar haldır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçirilir.

İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Şuşada, Xocalıda, Xankəndində, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

İlham Əliyev qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandanıdır. Dövlətimizin başçısı dünyada baş verən hadisələri diqqətlə analiz edir və xalqımızın xoşbəxtliyini, dövlətimizin suverenliyini və müstəqilliyini özünün həyat amalına çevirib. Otuz il işğal altında qalan torpaqlarımızın azad edilməsi, antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökünün kəsilməsi, Azərbaycanın bütün dünyada tanıdılması və beynəlxalq aləmdə böyük nüfuz qazanması məhz Prezidentin əvəzolunmaz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan dünyada iqtisadi cəhətdən inkişaf edən ölkələrdən biri olmaqla bərabər, həm də sülhün, əmin-amanlığın və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, özünün bəşəri dəyərlərini ortaya qoyur və insanların xoşbəxt yaşayışı naminə sülhün təmin edilməsi istiqamətində bütün gücünü səfərbər edir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunalarından bəşəriyyəti sülhə səsləyir. Belə addımlar, sözsüz ki, sülhsevər xalqlar tərəfindən yüksək qiymətləndirilir”.

İlham Əliyevin bu gün dünyada sayılıb-seçilən dövlət rəhbərlərindən biridi. Azərbaycanı istəməyən bir çox qüvvələr, Qərbin bəzi siyasi dairələri ölkəmiz haqqında bu gün böhtan və şantaj xarakterli materiallar yaymaq, əsassız qətnamələr, qərarlar çıxarmaq, eləcə də Ermənistana dəstək göstərmək üçün əllərindən gələni edir və bizə qarşı düşmən mövqeyində dayanırlar. Belə bir dövrdə növbədənkənar seçkilər Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu göstərəcək.

Prezident həmişə xalqla bir sırada dayanıb və xalqın mənafeyi uğrunda əlindən gələni edib. Azərbaycanı işıqlı sabaha aparan, torpaqlarımızı düşməndən xilas edən, ölkəmizi qlobal aləmdə tanıdan və şöhrətləndirən məhz Prezident İlham Əliyevdir. Sözsüz ki, Azərbaycan xalqı bu dəfə də özünün xoşbəxt və firavan gələcəyinin qarantı olan müzəffər liderimiz İlham Əliyevə səs verəcək.

 

Məzahir Heydərli,

“XƏBƏRİM.az” saytının baş redaktoru,

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqımızın xoşbəxt gələcəyini həyat amalına çevirən Lider!

Növbəti xəbər

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

5 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

3 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

2 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 ay əvvəl
Növbəti xəbər
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

12 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

14 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

16 saat əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Gündəm

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

17 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.