İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Fevral, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur

6 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri son illərdə Azərbaycana keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ – Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Cey. Di. Vensin Azərbaycana səfəri tarixi bir səfərdir. Azərbaycanın dünyanın ən güclü ölkəsi ilə  strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın iqtisadiyyatının inkişafı, texnoloji inkişafı, süni intellekt üzrə əməkdaşlıqda inkişafı, müdafiə və təhlükəsizlik  nöqteyi-nəzərindən Azərbaycanın müəyyən mənada qlobal səviyyədə bir təhlükəsizliyidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyyətlərin altı ay ərzində gördüyü şox gərgin işin təzahürü olduğunu söylədi. Qeyd etdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və strateji tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trampa, Vitse – prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri höhfəyə görə çox minnətdarıq.

Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. İki ölkə arasında təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işlər davam etdirilir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətində olduğunu bəyan etdilər. Hər iki dövlət 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul etdilər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətində olduğunu bildirdilər və bu məqsədlə iki dövlət də Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək haqqında qərar qəbul etdilər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək, mülki nüvə əməkdaşlığını dərinləşdirmək, kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə etdilər.

Hər iki dövlətin davamlı və dayanıqlı siyasəti nəticəsində Qafqaz regionuna sülhün gəlməsilə başlayan bu münasibətlər, inanıram ki, nəinki Azərbaycan xalqının, regionunun digər xalqlarının da firavan və təhlükəsiz həyatının zəmanəti olacaq.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu, Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə də əhəmiyyətli şəkildə təsir edir

Növbəti xəbər

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub ŞƏRH

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan dövləti ən etibarlı tərəfdaşdır

5 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub ŞƏRH

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bu, Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə də əhəmiyyətli şəkildə təsir edir

6 saat əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Altı aylıq sülh təcrübəsi: yeni reallıq

6 saat əvvəl
Parlaq qələbələr
Gündəm

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

6 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Partiyasının imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirir

1 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub ŞƏRH

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan dövləti ən etibarlı tərəfdaşdır

5 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub ŞƏRH

6 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bu, Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə də əhəmiyyətli şəkildə təsir edir

6 saat əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Altı aylıq sülh təcrübəsi: yeni reallıq

6 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.