İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub ŞƏRH

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycan və ABŞ prezidentlərinin ötən ilin avqustunda Vaşinqtonda, cari ilin yanvarında isə Davos İqtisadi Forumu çərçivəsində keçirdikləri görüşlər iki ölkə arasında fəal siyasi dialoqun və əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Qeyd edib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə ölkələrimiz arasında münasibətlər çoxşaxəli və uzunmüddətli strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur. Mövcud reallıqlar fonunda bu mərhələ həm regional, həm də qlobal miqyasda mühüm geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Cənubi Qafqazda postmünaqişə mərhələsinin formalaşdığı bir dövrdə beynəlxalq tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyət regional sabitliyin möhkəmləndirilməsi baxımından zəruridir. Bu xüsusda Azərbaycan–ABŞ əməkdaşlığı regionda davamlı sülhün təşviqində və təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasında önəmli rol oynayacaq.

Komitə sədri vurğulayıb ki, sənəddə müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Müdafiə sənayesi, antiterror fəaliyyətinin genişləndirilməsi, kibertəhlükəsizlik, mühüm infrastruktur obyektlərinin qorunması kimi istiqamətlərdə ABŞ ilə tərəfdaşlıq ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, humanitar minatəmizləmə sahəsində nəzərdə tutulan əməkdaşlıq işğaldan azad edilmiş ərazilərin reinteqrasiyası və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə mühüm töhfə verəcək. Onun fikrincə, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın milli təhlükəsizlik sisteminin və regionda sabitliyin daha da möhkəmləndirilməsinə xidmət edir.

Şahin İsmayılov regional bağlantıların inkişafının Azərbaycan–ABŞ strateji tərəfdaşlığının mühüm istiqamətlərindən biri olduğunu da diqqətə çatdırıb: “ABŞ-ın Vitse-prezidenti ilə birgə mətbuata bəyanatında dövlətimizin başçısının da qeyd etdiyi kimi, TRIPP layihəsi ölkəmizin iki hissəsini birləşdirməklə yanaşı, Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Bu isə öz növbəsində regionda sülh sahəsində əldə olunmuş nəticələrin möhkəmləndirilməsinə və qlobal əməkdaşlıq üçün önəmli məkana çevrilməsinə xidmət edəcək. Regional iqtisadi inteqrasiyada mühüm rol oynayacaq bu layihə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərə və ölkəmizin beynəlxalq ticarət sistemində rolunun artmasına töhfə verəcək”.

Enerji sektorunun Azərbaycan–ABŞ münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu bildirən komitə sədri qeyd edib ki, ölkələrimiz uzun illərdir bu sahədə səmərəli əməkdaşlıq edir və Xartiyada da vurğulandığı kimi, enerji əməkdaşlığını daha da genişləndirmək niyyətindədirlər. Bu gün Azərbaycan 11-i NATO üzvü olmaqla 16 ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində tərəfdaşlıq, təchizat marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələrinin inkişafı və digər istiqamətlərdə əməkdaşlıq beynəlxalq miqyasda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Şahin İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu xarici siyasət strategiyası nəticəsində Azərbaycan qlobal güc mərkəzləri ilə balanslaşdırılmış və qarşılıqlı faydalı münasibətlər quraraq beynəlxalq sistemdə mövqelərini möhkəmləndirir, milli maraqlarını etibarlı şəkildə təmin edir və regional əməkdaşlıq platformalarında mühüm tərəfdaş kimi çıxış edir. Onun sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bunun əyani təsdiqi, ölkəmizin geniş coğrafiyada aparıcı aktor kimi qəbul olunduğunun göstəricisidir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur

Növbəti xəbər

Azərbaycan dövləti ən etibarlı tərəfdaşdır

Əlaqədar Xəbərlər

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

16 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır

19 dəqiqə əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Özbəkistan amili

1 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

1 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Laçın yenidən doğulur: Böyük Qayıdışın ünvanı

5 saat əvvəl
Mehriban Əliyeva – xeyirxahlığın və humanizmin ünvanı
Gündəm

Mehriban Əliyeva – xeyirxahlığın və humanizmin ünvanı

1 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan dövləti ən etibarlı tərəfdaşdır

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

16 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır

19 dəqiqə əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Özbəkistan amili

1 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

1 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.