İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qərbi Azərbaycan

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.

İnformasiya.az xəbər verir ki, İcmadan Trend-ə verilən məlumata görə, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.

İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar ilə davamlı təmaslar aparmışdır.

Bu kontekstdə, UNESCO İcmanın müraciətinə nəhayət rəsmi cavab vermişdir. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanmış və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilmişdir.

UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.

İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

BDU tələbələri üçün müasir akvakultura təsərrüfatına səfər təşkil edildi

Növbəti xəbər

Bakıda ilk dəfə məhkəmə arxeologiyası və antropologiyası mövzusunda beynəlxalq konfrans keçirilir

Əlaqədar Xəbərlər

ADPU-da Qayıdış Konsepsiyası ilə bağlı görüş keçirilib
Gündəm

ADPU-da Qayıdış Konsepsiyası ilə bağlı görüş keçirilib

3 ay əvvəl
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib
Qərbi Azərbaycan

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər şuraları arasında görüş keçirilib

3 ay əvvəl
Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır
Qərbi Azərbaycan

Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır

5 ay əvvəl
Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin anti-Azərbaycan açıqlamasını rədd edir
Qərbi Azərbaycan

Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı

9 ay əvvəl
“Qərbi Azərbaycanın milli-mədəni irsi gənclərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
Qərbi Azərbaycan

“Qərbi Azərbaycanın milli-mədəni irsi gənclərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub

1 il əvvəl
Qafan Rayon Gənclər Şurasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının Mirzə Cəlil zirvəsi” adlı tədbir keçirilib
Qərbi Azərbaycan

Qafan Rayon Gənclər Şurasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının Mirzə Cəlil zirvəsi” adlı tədbir keçirilib

1 il əvvəl
Növbəti xəbər
Bakıda ilk dəfə məhkəmə arxeologiyası və antropologiyası mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda ilk dəfə məhkəmə arxeologiyası və antropologiyası mövzusunda beynəlxalq konfrans keçirilir

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

13 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

13 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

13 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.