İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra, bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Danılmaz tarixi faktdır ki, Ümummilli Lider Heydər Əliyev siyasi quruluşun növündən asılı olmayaraq, öz Vətəninə, xalqına və dövlətinə ləyaqətlə xidmət etdi. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərliyə gəlməsinə qədər ölkədə bütün sahələrdə boşluqlar var idi. özbaşınalıq, korrupsiya, sosial-iqtisadi gerilik ölkədə hərc-mərclik yaratmışdı. Bu baxımdan da, insanlar təbii olaraq düşünürdülər ki, KQB generalının rəhbərliyə gəlməsi bütün problemləri həll edəcək və zaman bunun düzgün olduğunu sübut etdi. Respublikamızda mövcud olan bütün problemlər aradan qaldırıldı. Ulu Öndər rəhbərliyə gəldikdən sonra, dövlət əhəmiyyətli tədbirlərdə çıxışları Azərbaycan dilində etməyə başladı. Bununla da, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaqla, 1978-ci ildə Konstitusiyada bunun təsbit olunmasına real zəmin yaratdı. Təbii ki, dahi liderin bu addımı ölkədə yüksək əhval-ruhiyyə ilə qarşılandı. O zaman rəsmi Moskva Ulu Öndər Heydər Əliyevi rəhbərliyə gətirməklə, ölkədə müxalif fikirlərin yayılmasının, eləcə də, ziyalıların milli şüurun formalaşdırılması istiqamətindəki fəaliyyətlərinin qarşısını almaq niyyətində idi. Ümummilli Lider Heydər Əliyev isə, bütün gücünü başqa istiqamətə yönləndirdi. O, rəsmi Moskvanın iradəsinin əksinə gedərək başqa mübarizə obyektini – korrupsiya ilə mübarizəni seçdi. Əlbəttə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə irəliləyişlərin əldə edilməsinə nail oldu.

Ümummilli Lider Heydər Əliyev vəzifəsindən istefa verdikdən sonra da Azərbaycanın problemləri ilə yaxından tanış olurdu və lazımi köməklikləri göstərirdi. Hətta, 1990-cı ilin Qanlı Yanvar faciəsi törədilərkən, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qırğını törədənlərin cəzalandırılmasının vacibliyini bildirdi. Müstəqillik əldə edildikdən sonra da Ulu Öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının gələcəyi naminə vacib addmlar atdı. Təəssüflər olsun ki, Ulu Öndər Heydər Əliyevin nüfuzundan qorxan qüvvələr Ona qarşı təxribatlar, sui-qəsdlər törətmək istəyirdilər, lakin xalq öz oğlunu qorudu və hakimiyyətə dəvət etdi.  Hakimiyyətə gələn səriştəsiz siyasətçilər yarıtmaz idarəçiliklərilə dövləti uçurum kənarına atmışdılar. Məhz, o zaman 91 ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Daha sonra, ziyalılar partiya yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu məsələ ilə bağlı Naxçıvanda Ulu Öndər Heydər Əliyev bir qrup ziyalını qəbul etdi. Sonradan Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Həmin dövrdən bu günə qədər xalqla sıx təmasda olan partiya zirvələrə uğurlara doğru inamla addımlayır. Ulu Öndər Heydər Əliyev fəaliyyəti ilə özünü ictimai yaddaşa yaza bildi.
Müxtəlif mütəfəkkirlərimiz bir neçə siyasi quruluşda yaşamaqlarına baxmayaraq, bir-birindən gözəl əsərlər ortaya qoyduqları kimi, Ümummilli Lider Heydər Əliyev də siyasi quruluşun növündən asılı olmayaraq, öz Vətəninə xalqına və dövlətinə ləyaqətlə xidmət etdi…

 

Sabit Mehdiyev,

Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Niyaməddin Əsgərov: Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır

Növbəti xəbər

Qarabağ Universitetində yaşanan qürurlu gün

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

12 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

12 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

3 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

3 gün əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

3 gün əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Qarabağ Universitetində yaşanan qürurlu gün

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

12 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

12 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

14 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.